Türkiyə Prezident Administrasiyasının Kommunikasiya İdarəsi də R.T.Ərdoğan və C.Bayden arasındakı telefon danışığına dair məlumat yayıb.Virtualaz.org bildirir ki, məlumata görə, liderlər ikitərəfli münasibətlərin strateji mahiyyəti və qarşılıqlı maraqlara əsaslanan əməkdaşlığı genişləndirmək üçün birlikdə fəaliyyətin vacibliyi barədə razılığa gəliblər.
Prezident Ərdoğan FETÖ-nün ABŞ-da olması və ABŞ-ın Suriyadakı PKK/PYD terror təşkilatına verdiyi dəstək kimi məsələlərin həll edilməsinin Türkiyə-Amerika münasibətlərini inkişaf etdirmək üçün vacib olduğunu bildirib.
"İki ölkə liderləri Brüsseldə NATO liderlərinin iyun zirvə görüşündə görüşmək barədə razılığa gəliblər",- deyə bu məlumatda da bildirilib.
Bloomberg agentliyi isə telefon danışığının məzmunu ilə tanış olan mənbələrə istinadən məlumat yayıb ki, Bayden Ərdoğanla söhbətində “erməni soyqırımı”nı tanıyacağını bildirib.
**22:36 (23.04.2021)ABŞ və Türkiyə prezidentləri Cozef Bayden ilə Rəcəb Tayyib Ərdoğan arasında telefon danışığı olub.Virtualaz.org bildirir ki, bu barədə Ağ Ev məlumat yayıb.
Bildirilib ki, Bayden Ərdoğanla söhbətində fikir ayrılıqlarını aradan qaldırmaq istədiyini söyləyib.
Ağ Evdən onu da əlavə ediblər ki, ABŞ və Türkiyə prezidentləri iyun ayında NATO zirvə toplantısının kuluarlarında görüşmək barədə razılığa gəliblər.
Qeyd edək ki, bu, ABŞ Prezidentinin 20 yanvar 2021-ci ildə vəzifəsinin icrasına başlamasından sonra Türkiyənin dövlət başçısı ilə ilk telefon danışığıdır.
Virtualaz.org