Rus ordusu sərhəddən niyə geri çəkildi? - Əsl səbəb

24-04-2021, 11:29   




Rusiyanın Ukrayna sərhədinə cəmləşdirdiyi çox sayda əsgər və hərbi texnika bazaya qaytarılır. Bölgədəki gərginliyi artıran Moskva qarşıdurmaya o qədər də həvəsli deyildi, çünki öz şərtləri daxilində dialoq üçün faydalı mövqelər hazırlayırdı.
Axar.az xəbər verir ki, bu barədə Polşanın "Gazeta Wyborcza" saytı məlumat yayıb.
"İndi qoşunlar Ukraynadan minlərlə kilometr aralıdakı bazalara qayıdır. Ancaq Rusiya ordusu tez bir zamanda buraya toplaşaraq hücuma keçə biləcəyini göstərdi", - sayt vurğulayıb.
Qeyd edək ki, daha öncə Rusiya müdafiə naziri Sergey Şoyqu 41 və 58-ci orduların, habelə ölkənin cənubunda cəmləşən 3 elit hava bölməsinin Ukrayna sərhədindən geri çəkilməsi barədə əmr verib.
Anaxeber.info
Facebook-da paylaş
Digər xəbərlər
Xəbərlər
Bütün xəbərlər
Ən çox oxunanlar

  • © 2020 Müəllif hüquqları qorunur.
  • Anaxeber.info-ın məlumatlarından istifadə etdikdə istinad və müvafiq keçidin qoyulması mütləqdir.