Amerika Prezidenti Co Baydenin qondarma erməni soyqırımını tanıması bu dövlətin siyasi imicinə də ağır zərbədir.Özünü demokratiyanın beşiyi, ədalətin qapısı kimi təqdim edən Amerikanın tarixi saxtakarlıqdan siyasi məqsəd üçün istifadə etməsi ABŞ hökumətinin ikili standartlardan çıxış etdiyindən xəbər verir.Qondarma “erməni soyqırımı” məsələsinin aydınlaşdırma təcrübəsi elə Amerikanın öz tarixində mövcuddur.
Amerikanın sabiq prezidenti Ronald Reyqanın zamanında tarixçiləri yığaraq qondarma “erməni soyqırımı”nın əsassız olduğunu sübut etməsi qoca Baydenə nümunə olmalı idi.
Lakin Baydenin bir siyasətçi kimi deyil, erməni lobbisinin təsirində olan senat kimi çıxış etməsi, onun hələ də siyasi analiz qabiliyyətinin tam formalaşmadığının göstəricisidir.
Baydenin hələ prezident olmazdan öncə Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan haqqında qeyri-etik çıxışları, onun Türkiyəyə qarşı məkrli niyyətindən xəbər verirdi. Bu gün Amerikanın yerli xalqı "Qızıl dərili"lərin qanları, afrikalıların köləliyi və digər bir çox xalqın həyatlarının məhvi hesabına var olan ölkənin dünyaya sülhü bəxş edən və hazırda ədaləti var gücü ilə saxlamağa çalışan Türkiyəyə "ədalət dərsi" keçməyə nə hüquqi, nə də mənəvi haqqı çatır.
Əslində bu gün Türkiyənin qəhrəman simasına çevrilmiş Rəcəb Tayyib Ərdoğanın şəxsiyyətinə qarşı Baydenin cəbhə açması, onun çoxdankı arzusudur.
Qondarma “erməni soyqırımı” isə bir bəhanə oldu. Əgər Bayden ədalətli olsaydı, Türkiyənin Ermənistana "siz də arxivləri açın, biz də. Hər iki tərəfdən tarixçiləri cəlb edək və görək kim-kimə qarşı soyqrımı törədib" təklifini dəstəkləyərdi. Çünki həqiqət yalnız sözlə deyil, faktlarla sübut olunur.
Ermənistan buna getmədi. Çünki "soyqrımı" deyib çığır-bağır saldığı məsələnin əsl mahiyyətinin bir yalandan ibarət olduğunu gözəl bilir. Əgər Amerika Prezidenti ədalətli mövqe tutduğunu düşünürsə, o zaman bir əsrdən çox baş verdiyi iddia edilən "soyqrımı" yalanına deyil, 29 il öncə gözlərinin önündə baş verən Xocalı soyqrımına səsini çıxarmalı idi. Amma görünür Baydenin xristian təəssübkeşliyi buna yol vermir. Bir də Bayden sadəcə olaraq, ona sərf edən siyasətin diktəsini dinləyir, ədalətin deyil.
Maraqlıdır, Türkiyə NATO üzvü olduğu halda, Amerika ona qarşı bu saxtakar addımı niyə atdı? Onu Türkiyə-Rusiya münasibətləri narahat edir, yoxsa Prezident Ərdoğanın xarizmatik liderlik imici?Bu və digər suallarımızı cavablandıran sabiq dövlət müşaviri, politoloq Qabil Hüseynli
Cebhe.info-ya açıqlamasında deyib ki, Baydenin qondarma “erməni soyqrımı”nı tanımasının bir neçə səbəbi var:
"Bayden hələ bir dəfə də demişdi ki, Türkiyədə müxalifəti gücləndirməklə Ərdoğanı yıxacam. Yəni Baydenin bu ağılsız hərəkətləri, ilk ehtimalla, şəxsi münasibətlər zəmnindədir. Bir ehtimal budur. İkinci ehtimal, sözsüz ki, Rusiyadan alınan "S-400"-lərlə bağlıdır. Bu da özünü göstərir. Amma ən başlıca nüans ondan ibarətdir ki, Ərdoğan Qarabağ müharibəsində bizim yanımızda oldu, torpaqlarımızdan xristian ermənilərin çıxarılması işində Azərbaycana maddi və mənəvi dəstək verdi. 78 yaşlı, bir çox xəstəliyi olan qoca Bayden, hələ də bu yaşında müdriklik zirvəsinə çata bilməyib və xristian təəssübkeşliyi alüdəçiliyindən qurtula bilməyib.Bayden çox böyük bir səhv etdi. Ona görə də ABŞ tarixinə ən ciddi siyasi səhvə yol vermiş bir şəxs kimi düşəcək. Ronald Reyqan hakimiyyətə gələndə 250-dən çox tarixçini toplayaraq, qondarma “erməni soyqrımı”nın araşdırılmasını tələb etdi. Üç ay müddətinə aparılan tədqiqatlar zamanı belə bir nəticə çıxdı ki, ermənilərə qarşı heç bir soyqrımı aktı həyata keçirilməyib.Əksinə olaraq, ermənilər rusların qoyub getdiyi silahlardan istifadə edərək 2 milyondan çox azərbaycanlını və 200 mindən çox Osmanlı türkünü qırıblar. Bu gün dünya ermənilərin türklərə, azərbaycanlılara qarşı soyqrımından danışmaq əvəzinə, qoca və ağlı o qədər də normal olmayan Bayden kimilərin hesabına erməni tarixçilərinin düzməcələri və əsassız iddiaları ilə erməni "soyqrımından" danışır. Mən bu hadisəyə görə, Baydenə dönüb keçmişinə baxmasını tövsiyə edirəm. Amerikanın özü 100 milyona qədər aborogen hindunu qətlə yetirib, soyqrım edib. Amerika 1 milyarda qədər vyetnamlını kimyəvi bomba ilə zəhərləyib öldürdü. Amerikada aparteid, yəni rasizm 1950-ci ildə Florida ştatında ləğv olunub.Baydenə demək lazımdır ki, sizin ölkə rasizmin vətənidir, sizdə qaradərililəri Afrikadan yelkənli qayıqların anbarında qul kimi işlətmək üçün gətirirlər. Yeri gələndə yorulmuş, iş qüvvəsini itirmiş qaradərilini bir güllə ilə qətlə yetirirlər. Belə bir əxlaqa malik olan xalq, başqasını necə qınaya bilər?".Politoloq hesab edir ki, Baydenin bu qərəzli addımı Türk dünyasının bir yumruq kimi birləşməsini sürətləndirəcək:
"Bayden bu səhv addımı ilə Türk dünyasına bir yumruq kimi birləşmənin zərurətini bir daha göstərdi. Müsəlman dünyasını demirəm, amma Türk dünyası nəhayət ki, bir yumruq kimi birləşməlidir. Bu yolla dünyaya öz gücünü göstərməlidir. Bu tarixi zərurətdir və olacaq. Pakistan da bu sıraya daxildir".Əli Bədir
Cebhe.info