Rusiya sülhməramlıları tərəfindən Azərbaycanın suverenliyinə növbəti etinasızlıq

27-04-2021, 08:53   




Aprelin 26-da Rusiya Müdafiə Nazirliyinin saytında “Dağlıq Qarabağın Şaumyan rayonunun Aknaberd yaşayış məntəqəsində humanitar-tibbi aksiya” keçirilməsi barədə məlumat yerləşdirilib.
Qeyd edək ki, prinsipcə, Dağlıq Qarabağda Şaumyan rayonu yoxdur. Separatçılar Kəlbəcərin adını Şaumyan rayonu olaraq dəyişdirmişdilər.
Amma adı çəkilən kənd Kəlbəcərdə yerləşmir. Ermənilərin Aknaberd adlandırdıqları yer Azərbaycanın Umudlu kəndidir və Qarabağın keçmiş Mardakert rayonunda, hazırda isə Azərbaycanın Tərtər rayonunda yerləşir.
Rusiya sülhməramlılarının rəhbərliyi humanitar aksiyalar və digər tədbirlər həyata keçirməklə yanaşı, əlbəttə ki, bu səhvlərə qəsdən yol vermirlərsə, ilk növbədə regionun coğrafiyasını öyrənsə yaxşı olardı. 
Contact.az
Facebook-da paylaş
Digər xəbərlər
Xəbərlər
Bütün xəbərlər
Ən çox oxunanlar

  • © 2020 Müəllif hüquqları qorunur.
  • Anaxeber.info-ın məlumatlarından istifadə etdikdə istinad və müvafiq keçidin qoyulması mütləqdir.