"Rusiya Qarabağda sülhməramli fəaliyyətindən əlavə, prosesə Fransanı cəlb etmək üçün fəaliyyətə başlayıb".Cebhe.info xəbər verir ki, bunu Milli Cəbhə Partiyasının(MCP) sədr müavini, politoloq Məhəmməd Əsədullazadə deyib.
Politoloq hesab edir ki, Rusiya masada təkdir və Fransanı yanına almaqla Azərbaycan-Türkiyə tandeminə qarşı mübarizə aparmağa çalışacaq:
"Əsas hədəf status məsələsini gündəliyə gətirmək, problemi qaldırmaqla öz rolunu artırmaqdır. Bununla Rusiya tərəfi Azərbaycanı KTMT və Avrasiya İttifaqına cəlb etmək üçün əlində bir təzyiq kimi istifadə edəcək. Prezident Putinin fransalı həmkarı Makronla telefon danışığında Qarabağ məsələsini müzakirə etməsi son vaxtlar Türkiyə və Azərbaycanla əlaqələrində yaşanan siyasi soyuqluqdan qaynaqlanır.Əvvəl də qeyd etmişdik ki, Rusiyanın Türkiyə və Azərbaycanla əlaqələri daim yüksək səviyyədə olmayacaq. Müəyyən bir narazılıq yaranan təqdirdə Kreml Qarabağ məsələsindən Azərbaycana qarşı təzyiq kimi istifadə edəcək. Belə bir təzyiq Fransanı prosesə cəlb etməklə "status" məsələsini qaldırmaq olacaq və danışıqları gündəmə gətirəcəklər. Halbuki Rusiya çalışırdı ki, Paris ilk gündən prosesdən kənar qalsın".Ekspert bildirib ki, Rusiya bununla münaqişənin bitmədiyini göstərmək istəyir:
"Halbuki Azərbaycan münaqişənin bitdiyini elan edib. Amma Rusiya bununla Azərbaycana mesaj vermiş olur ki, istədiyim vaxt digər ölkəni cəlb etməklə prosesi böhran vəziyyətinə gətirəcəyəm".M.Əsədullazadə hesab edir ki, Azərbaycan üçün yeni bir böhranlı proses başlaya bilər:
"Fransa bu məsələdə Rusiya ilə aktiv şəkildə fəaliyyətə keçib, Qarabağda erməni separatçılarına dəstək verəcək. Təbii ki, Kreml Fransanın müəyyən bir məsfayə qədər qarışmasına icazə verəcək. Buna baxmayaraq, Fransa və Rusiya arasında Qarabağ müzakirəsi separatizmi qabartmağa xidmət edir. Bu da Rusiyanın sülhməramlı fəaliyyətinin fiaskosudur. Fransanın Azərbaycana qarşı bu məsələdə təxribatları davam edir. Fransa Senatının üzvləri hətta separatçıların müstəqilliyinin tanınmasını irəli sürüblər.Azərbaycan Fransaya nota verməli və Minsk qrupunun yenidən dirçəlişinə razılıq verməməlidir. Rusiyanın bu kimi fəaliyyətinin qarşısının alınması üçün Moskva ilə sistemli şəkildə danışılmalıdır. İlk növbədə Laçın dəhlizində post qoymaq üçün hərəkətə keçmək lazımdır".Anaxeber.info