“Gərginlik bir ay davam edəcək, bir aydan sonra artıq bu barədə danışmayacağıq”Yıldız Texniki Universitetinin(YTU) idarəetmə və təşkilatçılıq bölümünün rəhbəri doktor Camal Zehir bildirib ki, ABŞ Prezidenti Co Baydenin bəyanatına onun seçkiqabağı vədlərinin yerinə yetirilməsi kimi baxılmalıdır.Erməni diasporunun ABŞ-da güclü olduğunu xatırladan
Camal Zehir deyib ki, ermənilərin aktiv səyi hesabına Kaliforniyadakı səslərin çoxu Demokratların namizədinə verildi və bu, ABŞ-dakı prezident seçkilərinin nəticələrinə ciddi təsir göstərdi.
Camal Zehir bildirib ki, ermənilər güclü diasporaları sayəsində yalançı təbliğatla məşğul olurlar: ”Həm ABŞ, həm də Avropa cəmiyyətləri aparılan qara təbliğat kampaniyası ilə soyqırıma inandırılıblar. Lakin onlar bunu tarixi sənədlərlə sübüt edə bilmirlər.
Baydenin bəyanatı heç bir tarixi faktı dəyişməyəcək. Hər hansı bir ölkənin rəhbərinin sözləri bir milləti soyqırım törətmiş millət edə bilməz. Belə bir qərar tarixi arxiv sənədlərinin öyrənilməsilə və elmi araşdırmalara söykənərək verilə bilər. İndiyədək aparılan elmi tədqiqatlar göstərib ki, “erməni soyqırımı” məsələsi sübutu olmayan yalandır.ABŞ prezidentinin söylədiklərinin tarixi və elmi baxımdan heç bir dəyəri yoxdur.
Bayden beynəlxalq münasibətlərdə Türkiyəyə qarşı istifadə edə biləcəyi son kartını artıq itirdi. Türkiyə Suriyada terror dəhlizi yaradılmasına qarşı mübarizə aparır.
İndi biz bilirik ki, ABŞ bizim rəqibimizdir. ABŞ Qarabağ müharibəsində erməniləri dəstəkləyib. Biz həmçinin onu da bilirik ki, Minsk Qrupunun üzvü kimi ABŞ Qarabağın 30 illik işğalı zamanı problemin həlli üçün heç nə etməyib.
Bugünkü Türkiyənin əlində bu qərara qarşı görülə biləcək cavab imkanları var. Biz NATO-da ABŞ-la müttəfiqik. Amma düşmənlə müttəfiqlik tutmaz. Türkiyənin “F-35” layihəsindən çıxarılmasından sonra belə bir bəyanatın veriləcəyi bəlliydi. Bu hadisələri qorxulu fəlakət hesab etmək lazım deyil, tarixi faktlar ortadadır. ABŞ Türkiyəyə qarşı istifadə edə biləcəyi ən böyük vasitəni artıq xərcləyib. Onların istifadə edə biləcəkləri heç nə yoxdur”.
Sakarya Universiteti “Türkiyə-Erməni Münasibətləri Araşdırma Mərkəzi”nin direktoru doktor Haluk Selvi qeyd edib ki, Baydenin qərarının kökündə onun Türkiyə siyasəti durur. Haluk Selvi deyib ki, ermənilərlə yaxın əlaqələri olan ABŞ-ın yeni prezidenti bu məsələni bir neçə dəfə Senatda müzakirəyə çıxarıb: ”Bu qərarı verməklə Bayden istəyir ki, Türkiyə ABŞ-ın apardığı siyasətə uyğun hala gətirilsin. Son on il ərzində Türkiyənin müstəqil siyasət yürütməsindən, özəlliklə də Yaxın Şərq və Balkanlarda apardığı siyasətdən narahatlıq duyanlar var. Baydenin söylədiyi sözlər bu narahatlığın təsirindən irəli gəlir.”Selvi Baydenin bəyanatının qısa və uzunmüddətli perspektivlərinə toxunub. O, söyləyib ki, qısa müddətdə Türkiyə cəmiyyətində ABŞ əleyhdarlığı artacaq, ancaq Prezident Rəcəb Tayyib Ərdoğanla Bayden arasında baş tutacaq görüş aradakı gərginliyi azaldacaq.
Haluk Selvinin fikrinə görə, ABŞ-ın soyqrım məsələsi ilə bağlı konkret addımlar atacağı real görünmür. Selvi daha sonra vurğulyıb: ”Amerika yaxın Şərq və Qafqazla bağlı siyasətində Türkiyəni hesabdan silə bilməz. Bu bəyanatı sadəcə kiçik bir xəbərdarlıq kimi qəbul edirəm. Amma Türkiyə həm daxildə, həm də xaricdə aydın mövqe ortaya qoyub
. Türkiyə haqlı olduğu məsələdə kiməsə boyun əyməyəcək. Çünki heç kim tarixdə yaşanmamış hadisələr üzərindən qurulan siyasət vasitəsilə Türkiyəyə təzyiq edib, ona yol göstərə bilməz. Bütün tarixi dəlillər və məlumatlar 1915-ci ildə baş verən hadisələrin soyqırım olmadığını sübut edib. Bu məsələni siyasətçilər deyil, tarixçilərin müzakirə etməsi lazımdır. Gərginlik bir ay davam edəcək, bir aydan sonra biz bu barədə artıq danışmayacağıq.”
Baxçaşəhər Universitetinin “Amerika Araşdırmalar Mərkəzi”nin direktoru doktor Burak Küntay əmindir ki, ABŞ Prezidenti Co Baydenin bəyanatı Türkiyə-ABŞ münasibətlərinin xarakterinə təsir edəcək inqilabi qərar kimi qəbul olunmamalıdır.Soyqırımla bağılı qətnamənin ABŞ-ın 50 ştatından 49-nun, həmçinin də Senat və Nümayəndələr Palatasının qəbul etdiyini xatırladan Küntay bildirib ki, analoji məsələdə ABŞ Prezidentləri tarixdə üç dəfə bu termindən istifadə ediblər.
Ekspertin sözlərinə görə, indi gündəliyə gətirilən bu hadisə 2019-cu ilədək Konqresdə qəbul edilmişdi və bu, Türkiyənin geosiyasi əhəmiyyəti ilə bağlıdır.
Burak Küntay deyir ki, Türkiyənin “S-400” raketlərini alması və Türkiyə-Rusiya yaxınlaşması fonunda Ağ ev hesab edir ki, Türkiyəyə zərbə vurmaq üçün bu, olduqca mühüm məsələdir və Türkiyənin üzərinə yerimək lazımdır.Küntay deyib: ”Bu, Türkiyə-Amerika əlaqələrinə necə təsir göstərəcək? Əgər mənə bu sualı 20 il əvvəl versəydilər, mən deyərdim çox pis, çünki o dövrdə Türkiyə-ABŞ münasibətləri yüksək səviyyədəydi. Lakin biz son 10-15 ildə baş verən hadisələri nəzərdən keçirdikdə əlaqələrin dibə vurduğunun şahidi oluruq.
Yəni iki ölkə əlaqlərində artıq düşüləcək dib səviyyə qalmayıb.” (“Anadolu” Agentliyi - Türkiyə)Hazırladı: V. Nəsibov"AzPolitika.info"