Dövlət katibi Blinken Rusiyadan silah alanları sanksiyalarla hədələdi və dedi - “BAYDEN TÜRKİYƏNİ SOYQIRIMDA GÜNAHLANDIRMAYIB...”

29-04-2021, 08:51   


ABŞ prezidenti Cozef Bayden Osmanlı imperiyasında baş verən hadisələr və “erməni genosidi” haqda danışarkən günahı Türkiyənin üzərinə qoymağa cəhd etməyib. Virtualaz.org xəbər verir ki, ABŞ dövlət katibi Entoni Blinken ötən gün xarici jurnalistlərlə online-görüşü zamanı belə deyib.
“Prezident qeyd edib ki, onun məqsədi qurbanların xatirəsini yad etməkdir, kimisə günahlandırmaq deyil. Və əlbətdə, bizim diqqət mərkəzimizdə Osmanlı imperiyasının son günlərində baş verən hadisələr idi”,-dövlət katibi bildirib.

Entoni Blinken qeyd edib ki, Vaşinqton Türkiyəni və dogər xarici müttəfiqlərini, tərəfdaşlarını Rusiyadan bundan sonra silah və hərbi texnika almaqdan çəkinməyə çağırıb. Xəbərdarlıq edib ki, belə sövdələşmələr Amerika sanksiyalarının təsiri altına düşə bilər.
“Mən çox ümid edirəm ki, S-400 kompleksləri ilə bağlı Vaşinqton və Ankara irəlidə yol tapa biləcəklər. Ancaq bu da çox mühümdür ki, Türkiyə və ABŞ-ın digər müttəfiqləri, tərəfdaşları Rusiyadan silahlar almaqdan çəkinsinlər, o cümlədən əlavə S-400 kompleksləri. Çünki bu sövdələşmələr Rusiyaya gəlir, təsir imkanları və həmin ölkələrə çıxış imkanları verir. İstənilən halda Rusiyanın hərbi sənaye təşkilatları ilə istənilən əhəmiyyətli tranzaksiyalar ABŞ-ın CAATSA qanununun təsiri altına düşə bilər”,-Entoni Blinken deyib.
Virtualaz.org
Facebook-da paylaş
Digər xəbərlər
Xəbərlər
Bütün xəbərlər
Ən çox oxunanlar

  • © 2020 Müəllif hüquqları qorunur.
  • Anaxeber.info-ın məlumatlarından istifadə etdikdə istinad və müvafiq keçidin qoyulması mütləqdir.