Bayden Ərdoğanla danışmışdı, Türkiyəni də suçlamadı - Video
29-04-2021, 12:51
09:00 ABŞ Prezidenti Co Bayden Osmanlı imperiyasında “erməni soyqırımı” barədə danışanda günahı Türkiyənin üzərinə atmağa çalışmayıb. Axar.az xəbər verir ki, bunu ABŞ Dövlət katibi Entoni Blinken deyib. “Prezidentin vurğuladığı kimi, anım gününü qeyd etmək istəyi qurbanların xatirəsinə hörmət etmək idi, kimisə günahlandırmaq deyildi. Əlbəttə ki, diqqətimiz Osmanlı imperiyasının son günlərindəki hadisələrə yönəlmişdi. Qeyd etmək lazımdır ki, prezidentin aprelin 23-də Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanla yaxşı telefon danışığı baş tutmuşdu. Bilirəm ki, onlar görüşmək imkanlarını səbirsizliklə gözləyirlər. Birlikdə çalışdığımız bir çox məsələ və sahə var. Türkiyə ABŞ və NATO-nun kritik vacib müttəfiqidir. Bir çox ortaq regional və qlobal maraqlarda tərəfdaş kimi çıxış edirik”, - Blinken bildirib.