Xaricdə yaşayan ruslara Rusiya pasportlarının verilməsini asanlaşdırmaq lazımdır. Bu, rusların yaşadığı ölkələrdə siyasətə təsir etməyə imkan verəcək.Anaxeber.info xəbər verir ki, bunu Rusiya Liberal Demokrat Partiyasının sədri Vladimir Jirinovski deyib.
“Biz rus diasporunun təsirini qiymətləndirmirik. Nümunə üçün uzağa getmək lazım deyil. Məsələn, Türkiyə. Orada 120 min rus yaşayır, əksəriyyəti isə qadınlardır. Onlar orada kifayət qədər nüfuzlu icma formalaşdırıblar. Bu qadınlar daimi olaraq Rusiya il əlaqə axtarırlar. Onlar mənə müraciət ediblər”, – deyə o bildirib.
Jirinovski ABŞ-dakı erməni diasporu ilə bağlı xatırlatma da edib:
“Erməni lobbisi o qədər nüfuzludur ki, bir dəfə praktiki olaraq prezidenliyə namizədini irəli sürüb. Konqresdə erməni kokusu fəaliyyət göstərir. Bu 100 konqresmenin daxil olduğu alt komitədir. Keçmiş dövlət katibi Con Kerri də onun tərkibində idi. ABŞ-da ruslar ermənilərdən də çoxdur”. /Axar.az/