“PUTİN PARANOİKDİRMİ?” – “Bu halda Rusiyanın nüvə tətbiq etməkdən başqa yolu qalmayacaq...”

1-05-2021, 09:29   



Artıq son bir aydır ki, Qərblə Rusiya arasındakı siyasi və diplomatik gərginlik barəsində dərc edilən məqalələrin ardı-arası kəsilmir. Rusiyaya qarşı aparılan bu təbliğat kampaniyasının planlı xarakter almasının əlamətləri “iti gözlərdən” qaçmır. Lakin indiki pandemiya və yoxsulluq şəraitində kütlələrin hadisələrin gizli tərəflərini öyrənməyə və bu kampaniyanın nə üçün aparıldığını düşünmyə nə vaxtı, nə də istəyi var.
Bu kampniyanın arxasında dayananların məqsədi yaratdıqları təsəvvür mexanizminin uğur qazanmasıdır. Rusiyanın bu kampaniyaya qarşı nümayiş etdirdiyi mövqe ABŞ-ın odunun üstünə yağ tökür. Putin özünün Federal Məclisə ünvanladığı son müraciətində “qırmızı cizgi”nin keçiləcəyi təqdirdə lazımi sərt cavab veriləcəyi xəbərdarlığını edib. Putinin bu sözlərinin ardından Rusiya Xarici İşlər naziri deyib ki, Moskva “dost olmayan ölkələr” siyahısını hazırlayır. Bütün bunlar Vaşinqtonun yaratmağa çalışdığı “Putin paranoikdir” təsəvvürünə xidmət göstərir.
“Berlin divarı” yıxılandan sonra SSRİ rəhbəri Mixail Qorbaçov ABŞ lideri Corc Buş və Almaniya Federativ Respublikası kansleri Helmut Kolla keçirdiyi görüşlər zamanı Almaniyanın birləşməsinə razılıq verərkən çox sadəlövhlüklə NATO-nun şərqə doğru genişlənməyəcəyi vədinə inanmışdı. Əlbəttə, SSRİ dağılan kimi hiyləgər Qərb siyasətçiləri verdikləri vədi dərhal unutdular və keçmiş Varşava Müqaviləsi ölkələrini NATO-ya üzv edərək Rusiyanın sərhədlərinə doğru irəlilədilər. Polşa demək olar ki, dərhal NATO üzvü oldu (1999-cu il), digərləri isə 2004-cü ildə alyansa qəbul edildilər. Hazırda NATO Ukrayna və Gürcüstanı öz sıralarına qatmağı planlayır. Bu, Rusiya üçün qəbuledilməzdir. Səbəb sadədir. Rusiyanın coğrafiyası, Ukraynadan tutmuş Ural dağlarına qədər düzənlikdir. Kiyevdən yola düşəcək tank diviziyalarının iki-üç gün ərzində Moskvaya çatacağını əngəlləyəcək nə dağ silsiləsi, nə böyük çay və nə də ki, sıx meşələr var. Biz bilirik ki, Moskvanı 1812-ci ildə Napoleon hücumundan və İkinci Dünya Müharibəsində Hitler tanklarının cəngindən sərt şaxtalar xilas etmişdi.

Bu gün ən qabaqcıl texnoloji silahlarla silahlanmış NATO-nun konvensional güclərinin mümkün hücumuna qarşı mübarizədə Moskvanın nüvə silahına əl atmaqdan başqa yolu yoxdur. Düzdür, son zamanlar Rusiya raket texnologiyasında yeniliklər edib və bir çox artilleriya qurğularını təkmilləşdirib, ancaq bu silahlar Qərb silahları qarşısında güclü önləyici effekt verəcək səviyyədə deyil.
Rusiyanın, Alamaniya başda olmaqla, Avropa Birliyi üzvlərilə az-çox balanslaşdırılmış münasibətlər saxlamağı bacarması Avropa Birliyinin güclü ölkəsi olan Almaniyanın kansleri Angela Merkelin ehtiyatlı siyasəti sayəsində baş tutub. Merkel Rusiyanın təbii qaz resurslarından Avropanın heç bir problem yaşamadan istifadə etməsinə imkan yarada bilib. Amma indi Merkel siyasi səhndən gedir, onun yerinə gələcək ən real namızəd isə Rusiyaya qarşı düşmən münasibətdə olacağına eyham vurub. İctimai rəy sorğusuna görə, Yaşıllar Partiyasından kansler postuna veriləcək namizəd Annalena Baerbok payızdakı seçkilərdə daha çox səs toplayacaq.

Annalena Baerbok deyir ki, Rusiyadan gələcək ikinci qaz boru kəmərini ləğv edəcək və bundan başqa, o, Çinə qarşı da sərt siyasət yürüdəcəyini bildirir.
Ona görə də, Merkelin gedişindən sonra Avropa Birliyinin hansı yeni kurs tutacağı ətrafında mübahisələr başlayıb. Əgər Almaniya yeni liderin rəhbərliyi altında daha çox Amerikanpərəst ittifaq orbitinə keçəcəksə, onda bu, Rusiyanı ilk öncə Çin başda olmaqla Asiya ölkələri ilə daha geniş müttəfiqlik və əməkdaşlıq istiqamətinə yönəldəcək.
Beləliklə, buyurun, Sizə yaşıl souslu yeni soyuq müharibə menyusu...
“Medya Günlüğü” - Türkiyə
Facebook-da paylaş
Digər xəbərlər
Xəbərlər
Bütün xəbərlər
Ən çox oxunanlar

  • © 2020 Müəllif hüquqları qorunur.
  • Anaxeber.info-ın məlumatlarından istifadə etdikdə istinad və müvafiq keçidin qoyulması mütləqdir.