Baş redaktor: “Lavrovun səfəri və minalanmış ərazilərin xəritələri...”

3-05-2021, 13:56   


Baş redaktor: “Lavrovun səfəri və minalanmış ərazilərin xəritələri...”

“Rusiyanın xarici işlər naziri Sergey Lavrovun mayın 10-11-də Bakıya işgüzar səfəri gözlənilir. Bundan əvvəl isə Lavrov Ermənistanda olacaq. Qarabağda sülhməramlısı yerləşən bir ölkənin xarici siyasət məsələlərinə məsul nazir təbii ki, hər iki ölkədə Qarabağ ərtafında müəyyən müzakirələr aparacaq. Bu sırada 10 noyabr üçtərəfli razılaşması, 11 yanvar Moskva görüşündə əldə edilən nəticələr, kommunikasiyaların açılması və s. kimi məsələlərin müzakirə ediləcəyi gözlənilir”.
Bunu “Cümhuriyət” qəzeti və Cebhe.info xəbər portalnın baş redaktoru Rəfail Becanov deyib. Baş redaktor bildirib ki, Azərbaycanın marağında olan bir neçə məsələ var ki, bu, xüsusilə Lavrovla müzakirə edilməlidir:
“Birincisi, parad məsələsidir. Rusiya sülhməramlıları niyə Qarabağda parad keçirir, hansı status və ya haqla?
İkinci məsələ isə Rusiyanın Ermənistana təzyiq etməsi və minalanmış xəritələrin Azərbaycana verilməsi olmalıdır. Azərbaycan tərəfi bu məsələni Lavrovun qarşısında şərt kimi qoymalıdır. Ermənistan sabitlik istəyirsə, Rusiya da bu məsələdə maraqlıdırsa, xəritələri alıb Azərbaycan tərəfinə təqdim etməsi üçün Paşinyan hökumətinə təzyiq etməlidir”.
R.Becanov qeyd edib ki, hazırda Ermənistanı buna məcbur etmək üçün daha münasib zamandır:
“Ermənistanda seçkiyə hazırlaşırlar. Təzyiq və tələb olarsa, Paşinyan hökuməti Rusiyanı incik salmamaq üçün xəritələri təqdim edə bilər. Revanşistlər də bu məsələdə çox dərinə getməyəcəklər. Çünki hər iki tərəfə- həm Paşinyana, həm də revanşistlərə Rusiyanı incik salmamaq və onun dəstəyini qazanmaq hava-su qədər vacibdir. Seçkidən sonra isə qələbə qazanan kim olur-olsun, Paşinyan və ya revanşistlər bu xəritələri verməkdən imtina edəcəklər. Hazırda isə Azərbaycanın tələbi, Rusiyanın təzyiqi ilə bunu daha rahat təqdim edə bilərlər.
Bu baxımdan, Lavrovun səfəri bizim üçün nəticəli bitməlidir”.
Cebhe.info
Facebook-da paylaş
Digər xəbərlər
Xəbərlər
Bütün xəbərlər
Ən çox oxunanlar

  • © 2020 Müəllif hüquqları qorunur.
  • Anaxeber.info-ın məlumatlarından istifadə etdikdə istinad və müvafiq keçidin qoyulması mütləqdir.