Navalnıya ilkin tibbi yardım göstərən xəstəxananın baş həkimi yoxa çıxdı

10-05-2021, 09:10   



Daha 1 həkim istefa vermiş, 2-si isə infarkt və insultdan ölmüşdü

Rusiyanın müxalifət lideri Aleksey Navalnının zəhərlənməsindən sonra ilk müalicəni həyata keçirən Omsk xəstəxanasının baş həkimi Aleksandr Muraxovsk yoxa çıxıb.

Avropa.info xəbər verir ki, keçən ilin oktyabr ayında Omsk bölgəsinin səhiyyə direktoru vəzifəsinə təyin olunan Muraxovskin Sibirin cənubunda meşə sahəsinə ova getdiyi və bundan sonra həkimdən heç bir xəbər alınmadığı bildirilir.
Rusiya polisinin Muraxovski meşə sahəsində pilotsuz təyyarələr və bir heyətlə axtardığı qeyd olunur. Rusiya Daxili İşlər Nazirliyinin yaydığı açıqlamada, axtarış işlərinin çətinliyi səbəbindən bölgəyə əlavə qüvvələrin göndərildiyi bildirilib. Rusiya mediasında yer alan xəbərlərdə həkimin telefon siqnallarının aşkarlandığını və yaxın gələcəkdə tapılacağını yazılıb.
2020-ci ilin 20 avqustda Rusiyanın Tomsk şəhərindən Moskvaya uçan təyyarəyə minən Navalnının vəziyyəti pisləşincə Omsk xəstəxanasına aparılmışdı.
Qeyd edək ki, bundan öncə Navalnıya Omsk xəstəxanasında yardım göstərən daha bir həkim işindən istefa vermiş, daha 2 həkim isə infarkt və insultdan ölmüşdü.
Facebook-da paylaş
Digər xəbərlər
Xəbərlər
Bütün xəbərlər
Ən çox oxunanlar

  • © 2020 Müəllif hüquqları qorunur.
  • Anaxeber.info-ın məlumatlarından istifadə etdikdə istinad və müvafiq keçidin qoyulması mütləqdir.