Rusiya SSRİ kimi dağılacaq - Moskvanın davranışları Rusiyanı iflasa sürükləyəcək

10-05-2021, 13:09   


Moskvanın davranışları Rusiyanı iflasa sürükləyəcək.
Turkustan.info xəbər verir ki, bunu Rusiyanın “Exo Moskvı” radiostansiyasının rəhbəri Aleksey Venediktov deyib.
Onun sözlərinə görə, Rusiya hakimiyyəti tarixin öyrənilməsi məsələlərinə müdaxilə edəcəyi, hamıya məlum faktları gizlədəcəyi və təhrif edəcəyi təqdirdə ölkənin parçalanması qaçılmaz olacaq:
“Sovet İttifaqının belə sürətli dağılmasının səbəblərindən biri, mənim fikrimcə, tarixin məktəbdə və sonrakı ictimai həyatda tədris edilməsidir. Bunu deyərkən marksizm-leninizm və faktların təhrif olunmasına əsaslanan tarix kitablarını nəzərdə tuturam. Sovet vətəndaşları 1991-ci ildə SSRİ-nin iflasına tamamilə biganə şəkildə izlədilər və onun müdafiəsinə qalxmadılar, çünki sovet dövləti yalan və saxtakarlığa əsaslanırdı. Rusiyanın taleyi də buna bənzərdir”. (axar.az)
Facebook-da paylaş
Digər xəbərlər
Xəbərlər
Bütün xəbərlər
Ən çox oxunanlar

  • © 2020 Müəllif hüquqları qorunur.
  • Anaxeber.info-ın məlumatlarından istifadə etdikdə istinad və müvafiq keçidin qoyulması mütləqdir.