Hüquq müdafiə təşkilatı məhkumların acllığa başladığını bildirir
12-05-2021, 09:59
Azərbaycan Ədliyyə Nazirliyinn Penitensiar Xidmətinin 6 saylı cəzaçəkmə müəsissəsində rəis heyəti məhkumları cəzalandırmaq məqsədi ilə poçt göndərişlərini dayandırıb. Bu barədə Müdfiə Xətti hüquq müdafiə təşkilatı məlumat yayıb. “Buna etiraz olaraq bu gün, mayın 11-də bir qrup məhbus aclıq aksiyasına başlayıb. Aclıq aksiyasına başlayan məhkumlardan Məmmədli Bəhruz Rafiq oğlunun adını öyrənə bilmişik. Digərlərinin adını hələlik dəqiqləşdirmək mümkün olmayıb” hüquq müdafiə təşkilatının yaydığı xəbərdə deyilir. Müdafiə Xətti təşkilatı Penitensiar Xidmətin rəhbrəliyini məhbusları dinləyib problemlərini aradan qaldırmağa çağırır. Hüquq müdafiə təşkilatı bildirir ki, bir neçə gün öncə 6 saylı cəzaçəkmə müəssisəsində 10 məhbus müəssisə rəhbərliyinin iş fəaliyyətinə, cəza-icra siyasətinə etiraz rəmzi olaraq intihara cəhd edərək özlərinə xəsarət yetirib, damarlarını doğrayıb. “Məhbuslara ilkin tibbi yardım etmək əvəzinə onları “kars”a (cərimə təcridxanası-red) salıb, əlavə işgəncə tətbiq ediblər,” Müdafiə Xətti bildirir.