ABŞ lideri Co Bayden hesab edir ki, 2015-ci ildə xərçəngdən vəfat edən böyük oğlu Bo Birləşmiş Ştatların prezidenti olmalı idi.Bayden bu barədə “MSNBC” kanalına müsahibəsində danışıb.
"Mənə həmişə Bo barədə suallar verirsiniz. Həmin kresloda o oturmalı idi", - deyə Bayden bildirib.
Xatırladaq ki, Baydenin böyük oğlu Bo Delaver ştatının baş prokuroru olub, 2015-ci ildə, 46 yaşında beyin xərçəngindən dünyasını dəyişib. Oğlunu itirən Bayden gözləntilərin əksinə olaraq, 2016-cı il prezident seçkilərində iştirak etmək cəhdindən imtina etdi və bunun ardından Donald Tramp qalib gəldi.