ABŞ-ın saxta kimliklərlə işləyən 60 min nəfərlik gizli ordusu ifşa olundu FOTO VİDEO

23-05-2021, 18:46   

2 ildə hazırlanan hesabata görə Amerika Birləşmiş Ştatları 10 il əvvəl qurulmuş, illik büdcəsi 900 milyon dollar olan və saxta kimliklərlə işləyən 60.000 nəfərlik gizli bir orduya sahibdir.


Musavat.com sözügedən ordu haqqında bəzi məlumatları diqqətinizə çatdırır.
ABŞ mərkəzli "Newsweek" jurnalının 2 illik araşdırma nəticəsində hazırladığı hesabatlara görə, bu “kölgə döyüşçüləri” Pakistandan Qərbi Afrikaya qədər dünyanın hər yerindəki münaqişə bölgələrinə yayılıblar.

Pentaqonun bu gizli ordusu bəzən düşmən nəzarətindən kənarda saxta şəxsiyyətlərdən istifadə edərək şübhə çəkməyən personalla işləyir.


BU GİZLİ ORDUNUN GÜCÜ MKİ-nin GÜCÜNDƏN 10 DƏFƏ ÇOXDUR

Bu gizli ordu indiyə qədər kəşf edilən və gizli şəkildə çalışan ən böyük gücdür. Pentaqon kimi bildiyimiz ABŞ Müdafiə Nazirliyi tərəfindən qurulan gizli ordunun gücü CIA agentlərinin 10 qat böyüklüyündədir. Mülki və hərbi formada çalışan bu personallar əmrləri həm ABŞ torpaqlarında, həm də xarici ölkələrdə icra edirlər.Bu kadrların necə seçildiyi, kim olduğu və nə etdikləri bilinmir. Çünki ABŞ gizli ordudan danışmır.
Digər kəşfiyyat orqanlarından fərqli olaraq gizli ordu Konqresdə heç vaxt müzakirə edilmir. ABŞ hökuməti bu münasibəti qorusa da, ortaya çıxan hesabatlar bu gizli quruluşla əlaqədar bəzi detalları ortaya qoyub və ordunu ifşa edib.

Şok yaratan keşif: 'ABD Gizli Ordusu' ifşa oldu

Həm profilaktik, həm də əməliyyat şöbələri var

Məlumata görə, gizli ordu personalının yarıdan çoxu nizamsız müharibə aparan Xüsusi Təyinatlı Komandanlığına bağlıdır. Pakistandan Qərbi Afrikaya qədər ABŞ maraqlarını qorumaq üçün missiyalar həyata keçirirlər. Hətta ABŞ-ın düşmənləri sayılan İran və Şimali Koreyada da bu gizli ordunun əsgərləri var.

Şok yaratan keşif: 'ABD Gizli Ordusu' ifşa oldu

BU ORDUNUN DİGƏR YARISI DA HƏRBİ KƏŞFİYYATÇILARDAN İBARƏTDİR

Gizli ordunun digər yarısı hərbi kəşfiyyat mütəxəssislərindən ibarətdir. Bunlara məlumat toplayıcılar, kəşfiyyat agentləri və poliqlotlar daxildir. Özlərini qorumaq üçün saxta şəxsiyyətlərlə təchiz olunmuş bu personal kiber-kəşfiyyat tapşırıqlarını da yerinə yetirir və internetdəki hər açıq və qapalı mənbədən lazımi məlumatları toplaya bilir.

Şok yaratan keşif: 'ABD Gizli Ordusu' ifşa oldu
130 özəl şirkət və onlarla irili-xırdalı dövlət qurumlarını özündə birləşdirən bu yeni kəşf edilmiş quruluş, eyni zamanda əmək haqqı və digər xərcləri ödəmək, avadanlıqla təmin etmək və ordunu gizli tutmaq üçün saxta sənədlər hazırlamaqda məsuldur.
Son olaraq hazırlanan hesabatda belə bir quruluşun ABŞ-ın daxili qanunlarına, beynəlxalq hərbi qanunlara və Cenevrə İnsan Hüquqları Konvensiyasına uyğun olmadığı da bildirilir.
Turan Oruc
Musavat.com
Facebook-da paylaş
Digər xəbərlər
Xəbərlər
Bütün xəbərlər
Ən çox oxunanlar

  • © 2020 Müəllif hüquqları qorunur.
  • Anaxeber.info-ın məlumatlarından istifadə etdikdə istinad və müvafiq keçidin qoyulması mütləqdir.