“Türkiyəni 19 ildə beynəlxalq mütəşəkkil cinayətkar agentlərdən təmizləyərək ölkəni təhlükəsiz vəziyyətə gətirdik”.“Report” xəbər verir ki, bunu Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan sədri olduğu Ədalət və İnkişaf Partiyasının (AKP) parlamentdəki fraksiyasının genişləndirilmiş toplantısında bildirib.
“Mütəşəkkli cinayətkar dəstələrə qarşı mübarizə apardıq. Onların malik olduqlar imkanları əllərindən alaraq bir-bir çökdürdük. Son 5 ildə belə dəstələrə qarşı 1 700-ə yaxın əməliyyat keçirildi. Narkotik maddələrin qanunsuz ticarəti ilə məşğul olanların göz yaşlarına baxmadıq. Bu istiqamətdə 3,5 ildə 550 mindən artıq əməliyyat keçirilib və 85 nəfər tutulub. Əməliyyatlar nəticəsində onlardan dəyəri 63 milyard lirədən çox narkotik maddə müsadirə edilib”, - o vurğulayıb.
“Terror təşkilatlarına və mütəşəkkil cinayətkarlığa qarşı mübarizədə daxili işlər nazirimiz Süleyman Soylunun yanındayıq və yanında olmağa davam edəcəyik” - deyə, Ərdoğan Ədalət və İnkişaf Partiyasının (AKP) qrup iclasında çıxışı zamanı deyib.
O bildirib ki, hədəf Süleyman Soylu deyil, hədəf böyük və güclü Türkiyədir.Mütəşəkkil cinayət təşkilatının lideri Sedat Pekerin Süleyman Soylu və Türkiyənin sabiq Baş naziri, AKP sədrinin müavini Binəli Yıldırımın oğluna qarşı səsləndirdiyi ittihamlara münasibət bildirən Ərdoğan qeyd edib ki, burada məqsəd Türkiyəni zəiflətməkdir və deyilənlər iftiradır: “Bizim onların bu məkrli əməllərini pozacağımıza heç kim şübhə etməməlidir. Kimin terror təşkilatları ilə, cinayətkar dəstələrlə əlbir olduğunu çox yaxşı bilirik.
Ankara və İstanbul Baş Prokurorluğu onların cinayətkar əməllərini araşdırır. Necə ki, FETÖ-çuları, PKK-çıları zərərsizləşdiririk, eləcə də onları cəzalandıracağıq”.Türkiyədə növbədənkənar prezident seçkiləri keçirilməyəcək.
Ərdoğan bildirib ki, ölkədə növbəti prezident seçkiləri 2023-cü ilin iyun ayında keçiriləcək.