Koronavirusu kim yayıb? – Bayden kəşfiyyata virusun mənbəyini tapmaq göstərişi verdi

27-05-2021, 13:12   



 President Joe Biden speaks on the economy in the Roosevelt Room of the White House, Saturday, Feb. 27, 2021, in Washington. (AP Photo/Pablo Martinez Monsivais)
ABŞ prezidenti Co Bayden ölkənin kəşfiyyat xidmətlərinə koronavirus pandemiyasının mənbəyini araşdırmaq üçün səyləri artırmağı və 90 gün ərzində yekun hesabat hazırlamağı tapşırıb.
Koronavirusun haradan qaynaqlanması ilə bağlı qəti bir nəticəyə gəlinmədiyini bildirən C. Bayden kəşfiyyatdan səylərini ikiqat artırmağı tələb edib.
Bayden bundan əvvəl mart ayında kəşfiyyat xidmətlərinə koronavirüsün insanlara yoluxmuş heyvandan, yoxsa laboratoriya qəzasından qaynaqlandığını araşdırmağı tapşırmışdı. Hesabatı bu ayın əvvəlində aldığını bildirən Co Biden 17 kəşfiyyat xidmətinin birləşməsindən formalaşan ABŞ Kəşfiyyat Cəmiyyətinin hər iki ssenariyə diqqət yetirdiyini, lakin qəti bir nəticəyə gələ bilmədiyini açıqlayıb.
O, təşkilatının iki üzvünün birinci ssenariyə, bir üzvünün isə ikinci ssenariyə meyl göstərdiyini, lakin əksəriyyətin məsələdə neytral mövqe nümayiş etdirdiyini qeyd edib.
Bu səbəblə ABŞ prezidenti bu istiqamətdə araşdırma işlərinin intensivləşdirilməsini və yeni hesabat hazırlanmasını istəyib.
O qeyd edib ki, ABŞ dünyadakı həmfikir tərəfdaşları ilə Çinin bu məsələdə şəffaf məlumatları açıqlaması üçün təzyiqləri davam etdirəcək.
Əzizə Zeynal
Sfera.az
Facebook-da paylaş
Digər xəbərlər
Xəbərlər
Bütün xəbərlər
Ən çox oxunanlar

  • © 2020 Müəllif hüquqları qorunur.
  • Anaxeber.info-ın məlumatlarından istifadə etdikdə istinad və müvafiq keçidin qoyulması mütləqdir.