ABŞ və Rusiya liderlərinin Cenevrədə görüşəcəyinə dair xəbər yayılıb. Ancaq görüşün dəqiq ünvanı barədə məlumat yoxdur.Cebhe.info xəbər verir ki, Kremlin mətbuat katibi Dmitri Peskov jurnalistlərin bu barədə sualına cavabında "Görüş istənilən hotel və ya istənilən binada keçirilə bilər",- deyə bildirib. Peskov bildirib ki, görüş yeri haqqında dəqiq informasiyanı verə bilməz:
"Çünki hələlik bununla bağlı ABŞ tərəfi ilə razılaşma əldə olunmayıb".İsveçrə mətbuatının görüşün məşhur “InterContinental" hotelində keçirilməsiylə bağlı yazdıqlarına gəlincə, Peskov mətbuatın vaxtından əvvəl xəbər paylaşdığını deyib:
"Cenevrədəki bütün hotelləri beləcə saymaq olar".Xatırladaq ki, liderlərin görüşü 16 iyuna nəzərdə tutulur.
Xəzər
Cebhe.info