Ermənistanın keçmiş prezidenti Robert Köçəryan 1999-cu ildə Təhlükəsizlik Şurasının iclasında Azərbaycana Mehri rayonunun verilməsini müzakirə edib.Axar.az xəbər verir ki, bunu Ermənistan baş naziri səlahiyyətlərini icra edən Nikol Paşinyan Mülki Müqavilə Partiyasının seçkiqabağı qərargahının nümayəndələri ilə görüşü zamanı deyib.
Onun sözlərinə görə, eks-prezident və tərəfdarları bu gün hakimiyyəti Zəngəzuru (Süniki) verməkdə ittiham edirlər, amma unudurlar məhz onların patronu nə zamansa Mehrinin verilməsini müzakirə edib:
“Əgər mənə inanmırsınızsa, o zaman bir müddət öncə dərc olunan Karen Dəmirçiyanın həyat yoldaşının memuarına baxın. Vaqarşak Arutyunyan isə 1999-cu ildə bu iclasda iştirak edən canlı şahiddir. Məsələnin hansı absurd səviyyəyə çatdığını başa düşürsünür? Heç kim bizi bu tarixdə ittiham edə bilməz”.