Yeni növ koronavirus Çinin Uhan şəhərindəki laboratoriyada yaradılma ehtimalı var.Cebhe.info xəbər verir ki, bu barədə Britaniyada nəşr edilən "The Times" qəzeti yazıb.
Qəzetin yazdığına görə, Britaniya kəşfiyyatı bu qənaətə gəlib.
Xatırladaq ki, bir gün əvvəl eyni ehtimal başqa bir Britaniya nəşrində "The daily mail"də yer almışdı.
Nəşr yazmışdı ki, çinlilər virusu laboratoriyada hazırlayıb və izləri yox ediblər.
Məlumat üçün bildirək ki, ÜST Çinin Uhan şəhərinə nümayəndə heyəti göndərib və koronavirusun mənşəyi barədə hesabat hazırlayıb.
Xəzər
Cebhe.info