Nikol niyə sərhədə “müşahidəçi” yığmaq istəyir? - Korotçenko

31-05-2021, 13:16   




Nikol Paşinyanın Ermənistan-Azərbaycan sərhədində ATƏT-in Minsk Qrupu həmsədrliyi nəzdində müşahidə qruplarının yerləşdirilməsi təklifi İrəvanın sərhədlərin delimitasiyası və demarkasiyası məsələsinə qeyri-konstruktiv yanaşmamasından irəli gəlir.
Axar.az xəbər verir ki, bu fikirləri rusiyalı hərbi ekspert, "Milli Müdafiə" jurnalının baş redaktoru İqor Korotçenko bildirib.
Onun sözlərinə görə, İrəvan bu mövzunu qəsdən siyasiləşdirir.
“Paşinyan və onun ətrafı anlayır ki, bu mövzu Ermənistan ictimaiyyəti üçün xüsusi həssaslığa malikdir. Məhz bu səbəbdən İrəvan belə ekzotik təkliflər irəli sürür. Artıq aydındır olur ki, Ermənistan bu məsələni sakit həll etmək istəmir və bu problemi qəsdən siyasiləşdirir", - deyə ekspert qeyd edib.
Facebook-da paylaş
Digər xəbərlər
Xəbərlər
Bütün xəbərlər
Ən çox oxunanlar

  • © 2020 Müəllif hüquqları qorunur.
  • Anaxeber.info-ın məlumatlarından istifadə etdikdə istinad və müvafiq keçidin qoyulması mütləqdir.