Ermənistan hazırda bəlli olmayan səbəblərdən Türkiyə ilə sərhəddə “Su 30CM” ağır qırıcılarını havaya qaldırıb.Anaxeber.
info xəbər verir ki, bu barədə erməni mətbuatı yazıb.
Məlumata görə, qırıcılar aşağı hündürlükdə uçduğundan onları müşahidə etmək nisbətən daha rahat olub.
Mənbə avia.pro-ya bildirib ki, qırıcılar Türkiyə ilə sərhəddən 10 km məsafədə uçub. Təfərrüatlar barədə məlumat verilmir. Ancaq bununla yanaşı bildirilib ki, uçuşlar təlim xarakterli olsa belə, Qarabağ müharibəsi getdiyi dövrdə belə bu uçuşlara rast gəlinməyb.
Belə ki, ölkənin hava məkanının qorumaq üçün bu qırıcılar havaya qaldırılmayıb və baş nazir Nikol Paşinyan bunu qırıcılarda rekat olmamasıyla əlaqələndirib. Buna görə də məhz indi qırıcıların havaya qalxması müəmmalıdır.
Avia-pro saytı yazır ki, qırıcıların uçuşu yaxın dövrü əhatə edir. Ancaq dəqiq zaman göstərilməyib. /Cebhe.info/