ABŞ kəşfiyyatı Avropalı liderləri necə izləyib? – Qalmaqallı informasiya mediaya sızdı

31-05-2021, 18:03   



Birləşmiş Ştatların Milli Təhlükəsizlik Agentliyi (NSA) 2012-ci ildən 2014-cü ilədək Almaniya Kansleri Angela Merkel daxil olmaqla Avropanın aparıcı siyasətçilərini izləyib. Danimarka və Avropa mediası bu işin Danimarka kəşfiyyatının köməyilə gerçəkləşdirildiyini yazır.
Media Danimarka Müdafiə Kəşfiyyatı Xidmətinin 2015-ci ildə NSA-nın tərəfdaşlıqda roluna dair daxili təhqiqatının nəticələrini yayıb. Mayın 30-da Danimarkanın DR dövlət televiziyası təhqiqata çıxışı olan, adını çəkmədiyi doqquz mənbəyə istinad edib.
“NSA Danimarka hərbi kəşfiyyat bölməsi ilə əməkdaşlıqdan yararlanırmış”, DR bildirib.
Təhqiqata görə, NSA İsveç, Norveç, Fransa və Almaniyada aparıcı rəsmiləri izləmək üçün Danimarkanın informasiya kabellərindən istifadə edib. Rəsmilər sırasında Merkel, Almaniyanın keçmiş xarici işlər naziri Frank-Valter Ştaynmeyer də olub.
İsveç, Norveç, Niderland və Britaniyaya gedib-gələn sualı internet xətlərinin quru kabel stansiyalarından bəziləri Birləşmiş Ştatların yaxın müttəfiqi olan Danimarkada yerləşir. İddialara görə, casusluq üçün Kopenhagen yaxınlığındakı adada xüsusi data mərkəzi tikilibmiş.
DR bildirir ki, 2019-cu ilin iyununda vəzifəyə keçmiş Danimarkanın Müdafiə naziri Trayn Bramsen 2020-ci ilin avqustunda casusluq haqda bilgiləndirilib. Bramsen telekanala deyib ki, yaxın müttəfiqləri sistematik dinləmək qəbuledilməzdir. NSA və Danimarka Müdafiə Kəşfiyyatı Xidməti məsələni şərh etməyib.
Almaniya kanslerinin sözçüsü isə bildirib ki, iddialardan jurnalistlər soruşanda xəbər tutublar və əlavə şərh verməyib.
Almaniya hökuməti mayın 31-də məlumatı izlədiyini bildirib.
İsveçin Müdafiə naziri Piter Hultqvist yerli SVT televiziyasına deyib ki, bu məsələlər üzrə tam məlumat tələb edir. O, Danimarkanın iddiaları izah etməli olduğunu vurğulayıb.
“Məsələnin açılmasını istəyirik”, – deyən Hultqvist “üttəfiqləri dinləməyin qəbuledilməz olduğunu söyləyib. Norveçin Müdafiə naziri Fransk Bakke-Jensen isə NRK televiziyasına “iddiaların ciddi qəbul edildiyini bildirib. (azadliq.org)
Facebook-da paylaş
Digər xəbərlər
Xəbərlər
Bütün xəbərlər
Ən çox oxunanlar

  • © 2020 Müəllif hüquqları qorunur.
  • Anaxeber.info-ın məlumatlarından istifadə etdikdə istinad və müvafiq keçidin qoyulması mütləqdir.