Son zamanlar koronavirusa qarşı tətbiq edilən peyvəndlərlə bağlı müzakirələr daha da artıb.İnsanlar sosial şəbəkələrdə vaksinlərin etibarlı olub-olmaması, əlavə təsirləri barədə yazırlar. Bu, təkcə sosial şəbəkələrin Azərbaycan seqmentində müşahidə edilən hal deyil, bütün dünyada bu tipli müzakirələr artır.
Bir çox şəxslər peyvənd olunduqdan sonra halsızlıq, təzyiqin qalxması, başgicəllənmə, bel ağrıları, yuxusuzluq kimi problemlərdən şikayətlənir və bunun birbaşa vaksinlə əlaqəli olduğunu düşünür.
Eyni zamanda, peyvənddən ölüm hallarının yaşandığı haqqında da məlumatlar var.
Maraqlıdır ki, koronavirus əleyhinə tətbiq edilən və Azərbaycanda istifadə edilən peyvəndlərdən ölüm faizi necədir?Əvvəlcə onu qeyd edək ki, bu sahədə biznes rəqabəti açıq-aydın görünür. Peyvənd istehsalçısı olan ölkələrin rəqabəti, bir-birinə qarayaxma cəhdləri bu biznesin üstünü açır.
*Azərbaycana da gətiriləcək "BioNTech" peyvəndi haqqında:Peyvənd ilk dəfə Almaniyada iki türk alim tərəfindən yaradılıb. Peyvəndin tək dozada 58 faiz, ikinci dozada 95 faiz qoruduğu bildirilir.ABŞ, İngiltərə, İsrail, Almaniya, İtaliya, Fransa, Birləşmiş Ərəb Əmirlikləri, İspaniya, Şili, Polşa, Kanada, Rumıniya, Yaponiya, Cənubi Koreya, Avstraliya və Türkiyə bu peyvəndi istifadə edən ölkələr arasındadır.19 aprel 2021-ci il tarixinədək peyvəndin istifadə edildiyi 12 ölkədən alınan rəsmi hökumət məlumatlarına görə, bu peyvəndin tətbiqi nəticəsində 2485 ölüm hadisəsi baş verib. Bu, 12 ölkəyə tədarük edilən 1 milyon dozadan 39.4 dozanın ölümə səbəb olduğunu göstərir. Bu ortalama "AstraZeneca" peyvəndlərinin ölüm faizindən 3 dəfə çoxdur.Meksika Səhiyyə Nazirliyi tərəfindən yayımlanan məlumatlara görə, “Pfizer” peyvəndinin “AstraZeneca” və digər peyvəndlərdən daha çox yan təsiri var. Nazirliyin məlumatlarına görə, 17 aprel tarixinə qədər “Pfizer” peyvəndlərində 100 min dozada 2.08 ciddi yan təsir müşahidə edilib, bu nisbət “AstraZeneca” üçün 100 min dozada 1.58 olub.*Uruqvayda aparılan bir araşdırmada isə “Sinovac” şirkətinin “CoronVac” peyvəndinin (Azərbaycanda da geniş isitfadə olunur-müəll.) “BioNTech / Pfizer” peyvəndindən daha çox koronavirus ölümlərinin qarşısını aldığı qeyd edilib.“CoronaVac” iki doza peyvənddən 14 gün sonra ölümləri 97 faiz azaldır. “BioNTech / Pfizer” isə ölümləri 80 faiz azaldır.“BioNTech / Pfizer2 peyvəndi virusun yayılma riskini 75 faiz, “CoronaVac” isə 57 faiz azaldır. Çin peyvəndi reanimasiyaya qəbul olma riskini 95, “BioNTech / Pfizer” isə 99 faiz azaldır.Tədqiqat çərçivəsində “CoronaVac” peyvəndi vurulan 712 min 716 nəfərdən 5 min 360 nəfər virusa yoluxub, reanimasiya şöbəsinə aparılan 19 nəfərdən 6-sı ölüb. Araşdırmada “BioNTech / Pfizer” peyvəndi vurulan 149 min 329 nəfərdən 691 nəfərin yoluxduğu, bir nəfərin reanimasiyada müalicə olunduğu və 8 nəfərin öldüyü bildirilib.*Ölkəmizə gətiriləcək digər peyvənd, Rusiya istehsalı “Sputnik V” isə 97 faiz qorumaya malikdir. Lakin peyvəndin ölüm halları və digər mənfi təsirləri ilə bağlı məlumat azdır. İtaliya, İspaniya Almaniya, Fransa kimi ölkələrdə tətbiq edilən peyvəndin yüksək qoruyuculuğa malik olduğu bildirilsə də, bir çox ölkələr bunu qəbul etmir. Məsələn, Braziliya bu peyvəndin tətbiqinin zərərli olduğunu, əlavə mənfi təsirlərinin kifayət qədər çox olduğunu bildirmişdi. Bu da təbii ki, vaksin biznesi ilə bağlı az öncə qeyd etdiyimiz məsələni aktual saxlayır.Naibə
Cebhe.info