Ermənistan və Azərbaycan nümayəndələri sərhəddəki vəziyyətlə bağlı Moskvada görüş keçirəcəklər.“AzPolitika.info” xəbər verir ki, bu barədə Ermənistanın “Hraparak” qəzeti öz mənbələrinə istinadla xəbər verib.
Nəşr qeyd edir ki, danışıqlar zamanı Ermənistan-Azərbaycan sərhədində baş verən son hadisələr müzakirə olunacaq.
“Erməni tərəfdən danışıqlarda Ermənistan Silahlı Qüvvələri Baş Qərargah rəisinin müavini Arşak Karapetyan və Sərhəd Qoşunları Baş Qərargah rəisi Arman Qasparyan iştirak edəcəklər. Azərbaycan tərəfini Xarici Kəşfiyyat Xidmətinin rəisi Orxan Sultanov təmsil edəcək”, - “Hraparak” yazır.
Qarabağdakı sülhməramlı kontingentin komandiri
Rüstəm Muradovun danışıqlarda Rusiya tərəfindən iştirak edəcəyi qeyd olunur.
“AzPolitika”