Kreml postsovet ölkələrinə bu cür təsir edir – Belkovski

4-06-2021, 16:56   


Rusiya Prezidenti Vladimir Putin Ukraynaya genişmiqyaslı hücum planlaşdırmır.
Turkustan.info xəbər verir ki, bunu rusiyalı polittexnoloq Stanislav Belkovski deyib. Onun sözlərinə görə, Krem Ukrayna və digər postsovet ölkələrində kifayət qədər gərginlik mənbəyi yaradıb:

“Hesab edirəm ki, Putinə hazırda Kiyevə hücum lazım deyil. O, heç vaxt 100% dəstək hiss etmədiyi yerə getməyəcək. Əgər Krımın anneksiyası zamanı bu fakt nəzərə alınmışdısa, Donbasın işğalı zamanı belə hədəf yox idi. Malorossiya layihəsi blefdir.
Kreml postsovet ölkələrinə qaynar nöqtələr yaratmaq yoluyla təsir edir. Bu ölkələrdə hibrid müharibə aparılır. Putinin məqsədi ilk növbədə ABŞ və Avropa arasında parçalanma yaratmaqdır.
İkincisi, o, Avropa ölkələri ilə birbaşa əlaqə yaratmaq və ya Moskvanın orada təsirini gücləndirmək üçün müəyyən elitaların Rusiyaya loyal münasibətinə nail olmağa çalışır. Digər tərəfdən Kreml çalışacaq ki, postsovet məkanındakı ölkələrdə daimi gərginliyi dəstəkləsin və bundan sonra o, ABŞ-la bu ölkələrin danışıqlarında moderator kimi çıxış etsin”. (axar.az)
Facebook-da paylaş
Digər xəbərlər
Xəbərlər
Bütün xəbərlər
Ən çox oxunanlar

  • © 2020 Müəllif hüquqları qorunur.
  • Anaxeber.info-ın məlumatlarından istifadə etdikdə istinad və müvafiq keçidin qoyulması mütləqdir.