Ermənistan: ‘Yerevan və Moskva arasında ən yüksək səviyyədə anlaşma var’
5-06-2021, 09:45
Arsen Torosyan: Ermənistan-Azərbaycan sərhədindəki gərginlik barədə danışıqlar ən yüksək səviyyədə davam edir Ermənistan-Azərbaycan sərhədindəki gərginlik barədə danışıqlar ən yüksək səviyyədə davam edir. AzadlıqRadiosunun Erməni xidməti Azatutyun yazır ki, bu barədə məlumatı iyunun 4-də hökumət aparatının rəhbəri Arsen Torosyan verib. Onun sözlərinə görə Azərbaycan, Rusiya və Ermənistan arasında Moskvada keçirilən son danışıqlar məzmunlu olub və “aksentlər” dəqiq qoyulub: “Bu danışıqlar davam etdiriləcək ki, haqqında dəfələrlə dediyimiz məsələ həll olunsun: Azərbaycan silahlı birləşmələri Ermənistanın suveren ərazisini tərk etməlidirlər və bu, baş verəcək”.
Yuxarı Şorcada nə baş verir? Torosyanın dediyinə görə bu danışıqların ən böyük nailiyyəti budur ki, “məsələnin necə həll olunmalı olduğuna dair Ermənistan və onun təhlükəsizlik sistemində yeganə partnyoru Rusiya Federasiyası arasında ən yüksək səviyyədə anlaşma var”. Hökumət aparatının rəhbəri deyib ki, Rusiya bu məsələnin bir güllə atılmadan həllinə səy göstərir. Torosyan bildirib ki, Azərbaycan silahlı qüvvələri tərəfindən ələ keçirilmiş 6 erməni əsirin qaytarılması üçün də bütün imkanlardan istifadə olunur. Bu arada Ermənistanın Vardenis rayonundakı (1969-cu ilədək Basarkeçər rayonu - red) Yuxarı Şorca kəndinin icra nümayəndəsi Artyom Yeranosyan Azatutyuna deyib ki, ötən ay “Ermənistan ərazisinin dərinliklərinə girmiş” Azərbaycan əsgərləri fəal şəkildə yol və səngər tikinitisi ilə məşğuldurlar: “Bu bizim torpağımızdır, amma onlar bu torpaqda səngər qazır və yol çəkirlər ki,