“Ruslar getsə Qarabağda bir erməni də qalmaz...” - TER-PETROSYAN AZƏRBAYCANIN ƏRAZİ BÜTÖVLÜYÜNÜ TANIMAQ TƏRƏFDARIDIR

11-06-2021, 09:22   


Ermənistanın keçmiş prezidenti, “Erməni milli konqresi” partiyasının seçki siyahısına başçılıq edən Levon Ter-Petrosyan Rusiya sülhməramlı qüvvələrinin Qarabağı 5 il sonra tərk etməyəcəyini deyir. O, Yerevanda keçirdiyi mətbuat konfransında bildirib ki, əgər Rusiya hərbçiləri Qarabağı tərk etsə orada bir erməni də qalmaz. “Əgər ruslar çıxsa Qarabağda bir qarabağlı (erməniləri nəzərdə tutur,-red.) də qalmaz”,-Ter-Petrosyan belə deyib.
Onun fikrincə, nəəyə görəsə insanların 95 faizi əmindir ki, 5 il sonra Rusiya sülhməramlıları Qarabağı tərk edəcək. “Amma bu belə deyil”,-keçmiş prezident 10 noyabr üçtərəfli razılaşmasının bəndini xatırladıb. Bildirib ki, həmin bənddə sülhməramlılarının yerləşdirilməsinin vaxtının uzadılması imkanı boş yerə əks olunmayıb.
“Onlar ona görə gəlməyiblər ki, sonra əllərini yuyub çıxıb getsinlər. Müqavilədə hər şey yazılıb”,-Ter-Petrosyan bildirib.

Keçmiş prezident regionda nəqliyyat kommunikasiyalarının açılmasından da danışıb. Bildirib ki, “nəqliyyat dəhlizi” sözünü hərə öz istədiyi kimi başa düşür. “Azərbaycan Naxçıvana çıxış əldə etmək istəyir, Ermənistan isə Rusiyaya. Burada nəyi izah edəsən? Bəyəm Ermənistan üçün Rusiya ilə etibarlı əlaqə yolunun olması mühüm deyil? Siz bilirsiniz ki, Gürcüstan yolları hansı vəziyyətdədir, Azərbaycan yolları isə bizim üçün bağlıdır. Əgər belə imkan açılsa, Ermənistan üçün bu gözəl bağlayıcı əlaqə olacaq”,-siyasətçi deyib.
Ter-Petrosyan Azərbaycanla Ermənistan arasında sovet sərhədlərinin tanınması məsələsindən də danışıb. Bildirib ki, bu sərhədlərin tanınmasının alternativi yoxdur. (Hansı ki, Robert Köçəryan və tərəfdarları sovet sərhədlərinin tanınmasının həm də Dağlıq Qarabağı Azərbaycan ərazisi kimi rəsmən tanımaq mənasını verəcəyini deyərək bunu “xəyanət” hesab edirlər,-red.)  Ter-Petrosyanın sözlərinə görə, məsələ Ermənistanın sovet sərhədlərini tanımağı özünə rəva biləcəyindən getmir. Çünki beynəlxalq ictimaiyyət BMT-nin qismində keçmiş sovet respublikalarının müstəqilliyini tanıyıb. “Burada heç nəyi dəyişmək olmaz. Ermənistanla Azərbaycan arasında sərhədlər sovet sərhədləridir”,-Ter-Petrosyan bildirib.
virtualaz.org
Facebook-da paylaş
Digər xəbərlər
Xəbərlər
Bütün xəbərlər
Ən çox oxunanlar

  • © 2020 Müəllif hüquqları qorunur.
  • Anaxeber.info-ın məlumatlarından istifadə etdikdə istinad və müvafiq keçidin qoyulması mütləqdir.