İyunun 10-da Ermənistanda baş nazirin səlahiyyətlərini icra edən Nikol Paşinyan Lori vilayətinin Spitak şəhərində keçirdiyi seçki kampaniyası tədbirində keçmiş prezident Serj Sarqsyanın ona aid edilən səs yazısını açıqlamasının məqsədini anlamadığını deyib.Paşinyana aid olduğu iddia olunan bu audiodakı səs 2018-ci il mayın 12-də Soçidə Rusiya, Qazaxıstan və Belarus başçıları ilə Qarabağı müzakirə etməsindən danışır. Serj Sarqsyan bu audionu açıqlamaqla Nikol Paşinyanın ifşa olunduğunu bildirib. Onun sözlərinə görə Paşinyan Qarabağ danışıqlarını dalana salıb.
Amma bununla belə, Paşinyan bu səs yazısının onu gözdən saldığını düşünmür. Əksinə o hesab edir ki, audionun ictimailəşdirilməsi onun xeyrinə olub.
Paşinyanın sözlərinə görə, bu hadisə ona Qarabağ mövzusunda açıq və sonadək fikir bildirmək imkanı verir: “Dünəndən bəri fikirləşirəm, həmkarlarımla müzakirə edirəm, onlardan rəylərini soruşuram: bu adam bu audioyazını hansı məqsədlə ictimailəşdirib? Nəyə görə?”
Bundan sonra Paşinyan əvvəllər olduğu kimi deyib ki, Qarabağ problemi ona dalana düşmüş vəziyyətdə, yanlış vəziyyətdə miras qalıb.
Baş nazir əvəzi bir neçə dəfə deyib ki, beynəlxalq vasitəçilərlə Azərbaycan prezidentinin mövqeləri üst-üstə düşürdü. Onun fikrincə, ATƏT vasitəçiləri tənzimləmə üzrə danışıqları aparmalıydılar, amma mahiyyətcə Azərbaycanın bu danışıqlar prosesinə yanaşmalarını formalaşdırırdılar.Paşinyan vurğulayıb ki, Azərbaycan üçün əlverişli şərait artıq 2016-cı ilin yanvarında yaranmışdı. Çünki o vaxt ATƏT vasitəçiləri Ermənistanın qarşısında Dağlıq Qarabağın müvəqqəti statusundan imtina etmək şərti qoymuşdular: “Bizim uzun illər ümid etdiyimiz beynəlxalq birlik, mahiyyətcə, bizim qarşımıza ərazilərin əvəzsiz olaraq qaytarılması vəzifəsini qoymuşdu”.
Paşinyan səs yazısında da söhbəti gedən “Lavrov planı” barədə məlumat verib. O deyib ki, bu plana görə 5+2 formulu ilə Qarabağa bitişik 5 rayon, daha sonra isə 2 rayon Azərbaycana qaytarılmalı idi.Baş nazir əvəzinin qənaətinə görə, bu faktiki olaraq əvəzində heç nə almadan ərazilərin təhvil verilməsi demək idi.O deyib ki, əvvəllər “ərazi əvəzinə status” formulu olub, sonra “sülh əvəzinə ərazi”, 2016-2018-ci illərdə isə “ərazi əvəzinə heç nə” formulu ortaya çıxıb.Serj Sarqsyanın da daxil olduğu “Xidmətinizdəyəm” blokunda sözü gedən audiyazının Paşinyanın xeyrinə işləməsi barədə söylənən rəylərə təəccüb bildiriblər.
"AzPolitika.info"