Kuznetsov: Mina xəritəsi: məni ən çox bu narahat edir - Video

15-06-2021, 11:59   




09:00
Ermənistan tərəfindən 15 diversant əvəzində bütün Ağdam ərazisindəki minalanmış ərazilərin xəritəsinin verilməsi Azərbaycanın ilk növbədə diplomatik, daha sonra isə hərbi-siyasi uğurudur.
Bu barədə Axar.az-a tanınmış rusiyalı tarixçi, hərbi ekspert Oleq Kuznetsov bildirib.
Onun sözlərinə görə, sövdələşmənin ermənilər tərəfindən ədalətli olduğu üzə çıxsa (mina xəritələri dəqiq olsa – red.), bu fakt Cənubi Qafqaz regionunun taleyi üçün böyük nəticələrə səbəb olacaq:
“Birincisi, Paşinyan özü etiraf edib ki, artıq Azərbaycan ordusunun strateji mövqeylərində olan rayonun mina sahələrinin xəritələrini təhvil verib. Bunlardan iki nəticə çıxır:
a) Nikol və onun ətrafı revanş ideyasından son dərəcə uzaqdır;
b) Minalanmış sahələrin xəritələri ermənilərin əlində çoxlu saydadır. İrəvan hər çətinə düşdükdə 1 işğal altından çıxmış Azərbaycan rayonunun ərazisindəki minalanmış ərazilərin xəritəsinin vermək niyyətindədir.
Əminəm ki, iyunun 20-dək Cəbrayıl və Füzulinin xəritələri də Bakıya veriləcək.
İkincisi, rəsmi Bakının keçmiş Dağlıq Qarabağ münaqişəsinin müharibədən sonrakı həlli üçün aktual məsələlərin həllinə yönəlmiş səylərinin çoxvektorlu olduğunu vurğulamaq lazımdır. Azərbaycan bu işdə təkcə Kremllə deyil, həm də bütün digər xarici tərəfdaşları ilə işləyir ki, bu da xarici güc mərkəzlərini bu prosesə təsir etmək üçün onların öz aralarında rəqabət aparmağa məcbur edir.
İyunun 12-dən Rusiyanın Qarabağda münaqişədən sonrakı prosseslərdə yeganə xarici qüvvə olmadığını anladıq. Bu Moskva üçün ciddi diplomatik məğlubiyyət deməkdir.
Üçüncüsü, rəsmi Bakı hər kəsə göstərdi ki, yalnız o, müharibədən sonrakı tənzimləmə kontekstində vəziyyətə tam olaraq nəzarət edir. Qalan bütün iştirakçılar öz ambisiyalarını kənara qoyaraq, Bakının geosiyasi məqsədlərinin təsiri altında hərəkət etməyə məcburdurlar.
Əminəm ki, Azərbaycan yaxın həftələrdə nəinki bu mina xəritələri məsələsini həll edəcək, həm də dövlət sərhədinin delimitasiyası və demarkasiyası, eksklavların öz yurisdiksiyasına qaytarılması, Ermənistandan keçməklə Naxçıvanla eksterritorial quru nəqliyyat əlaqəsinin açılması ilə bağlı bütün digər məsələləri də həll edəcəkdir.
Və nəhayət məni narahat edən son məqam: Cənubi Qafqazda forpost kimi Ermənistanı öz arxasında saxlamaq üçün kor-koranə cəhdlər edən Kreml yavaş-yavaş regionda mövqeylərini itirməkdədir.
Çox heyf ki, bu gün Kreml öz sərhədlərində baş verən geosiyasi dəyişikliklərə tez və adekvat reaksiya vermək qabiliyyətini itirib. Açığı bu, Rusiya üçün gələcəkdə böyük problemlərə yol aça bilər”, - deyə müsahibimiz qeyd edib.


Facebook-da paylaş
Digər xəbərlər
Xəbərlər
Bütün xəbərlər
Ən çox oxunanlar

  • © 2020 Müəllif hüquqları qorunur.
  • Anaxeber.info-ın məlumatlarından istifadə etdikdə istinad və müvafiq keçidin qoyulması mütləqdir.