Rusiya və ABŞ prezidentlərinin sabaha planlaşdırılan görüşündə müzakirə olunacaq mövzular açıqlanıb.Cebhe.info Rusiya məbuatına istinadən bildirir ki, müzakirədə Ukrayna, Belarus və Navalnının işi əsas olacaq. Bu barədə Rusiya Prezidentinin köməkçisi Yuri Uşakov deyib.
Onun məlumatına görə, dövlət başçıları starateji stabillik, pandemiya ilə mübarizə, kibertəhlükəsizlik mövzularını müzakirə edəcək.
Həmçinin Əfqanıstan və Dağlıq Qarabağdakı vəziyyət də liderlərin diqqət mərkəzində olacaq. Putin və Bayden rusiyalıların üçüncü ölkələrdə saxlanılması, diplomatik nümayəndəliklərin fəaliyyəti, ikitərəfli münasibətlər, iqtisadi sahədə əməkdaşlıqla bağlı fikir mübadiləsi aparacaq. O da bildirilir ki, müzakirələrdən sonra hər iki ölkənin səfirləri Moskva və Vaşinqtona qayıda bilər.
Uşakov onu da bildirib ki, hər iki ölkə əvvəlcədən razılaşdırılmayan mövzuda da müzakirə apara bilər.
Xəzər
Cebhe.info