Paşinyan Zəngəzurda sərhədlərdən danışdı: “Rusiya ilə birlikdə...”

15-06-2021, 12:39   


Paşinyan Zəngəzurda sərhədlərdən danışdı: “Rusiya ilə birlikdə...”

Ermənistanın baş nazirinin səlahiyyətlərini icra edən Nikol Paşinyan seçki kampaniyasına bu gün Zəngəzurdan (Sünik vilayəti) başlayıb.
Cebhe.info erməni mətbuatına istinadən bildirir ki, Paşinyanın çox sayda polis və təhlükəsizlik qüvvəsi qoruyub.
Səfər Sisyan şəhərindən başlayıb. Paşinyan seçicilər qarşısında çıxış edərək sərhədlərin delimitasiya və demarkasiya prosesindən danışıb.
Bildirib ki, Azərbaycanla sərhəddə yaranmış vəziyyətdən çıxış yolu Rusiya ilə birlikdə tapılmalıdır:
“Fikrimiz belədir ki, sərhəd nöqtələri boyunca Rusiya sərhəd qoşunlarının nümayəndələri yerləşdirilsin. Onlar beynəlxalq müşahidəçilərin nəzarəti altında Sotk qəsəbəsi ilə Xoznavar kəndi arasından keçən sərhəd xəttini dəqiqləşdirsinlər. Buna qədər Azərbaycan və Ermənistan qoşunları güzgü prinsipi ilə öz daimi dislokasiya yerlərinə qayıtsın”.
Erməni mətbuatı yazır ki, Paşinyan Zəngəzura səfər etməklə müxaliflərini susdurmağa çalışıb. Belə ki, onu xəyanətdə və Zəngəzuru da Azərbaycana güzəştə getməkdə günahlandıran müxaliflərə cavab olaraq Paşinyan seçki təbliğatında sərhədlərlə bağlı fikirlərini məhz bu bölgədə bölüşüb.
Xəzər
Cebhe.info

Facebook-da paylaş
Digər xəbərlər
Xəbərlər
Bütün xəbərlər
Ən çox oxunanlar

  • © 2020 Müəllif hüquqları qorunur.
  • Anaxeber.info-ın məlumatlarından istifadə etdikdə istinad və müvafiq keçidin qoyulması mütləqdir.