Bayden Liviyanın qapısını Ərdoğana niyə açdı? - “Putinə qarşı dirənəcək yeganə güc türklərdir”

15-06-2021, 14:24   


Bayden Liviyanın qapısını Ərdoğana niyə açdı? - “Putinə qarşı dirənəcək yeganə güc türklərdir”

Brüsseldə NATO-nun 30 üzv ölkəsinin liderlərinin görüşü keçirilib.
Görüşün gündəliyində Rusiyanın təcavüzkar siyasəti, terrorçuluqla mübarizə, kiber hücumlar və pozucu texnologiyalar, Çinin rəqabəti, iqlim dəyişikliyinin təhlükəsizlik baxımından fəsadları kimi mövzular daxildir.
Bununla yanaşı, 2022-ci ildə keçiriləcək növbəti zirvə görüşündə təsdiqlənməsi nəzərdə tutulan yeni strategiya konsepsiyası üzərində çalışmalara başlamaq barədə danışılıb. Bundan başqa görüşdə üzv ölkələrin prezidentləri təkbətək görüşlər keçirib.
Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan amerikalı həmkarı Co Baydenlə görüşüb. Görüş 45 dəqiqə davam edib. Türkiyə və ABŞ prezidentləri danışıqlarda 5 məsələ ətrafında razılaşma əldə edib.
Razılaşma əldə edilən mövzulardan biri də Türkiyənin Liviya ilə bağlı siyasətidir. Beləki, ABŞ Türkiyənin Liviyadakı siyasi mövqeyinə dəstək verib. Bayden Türkiyənin Liviyadan çıxması barədə ABŞ-ın tələbini geri götürüb. Başqa sözlə, Vaşinqton Türkiyənin Liviya siyasətini qəbul edib.
Cebhe.info-ya bu barədə danışan politoloq Pünhani Əsgərlinin sözlərinə görə, hər iki ölkənin xarici siyasətdə maraqları üst- üstə düşür:
“Ərdoğanla Baydenin Liviya məsələsi ilə bağlı dediklərindən öncə biz Tripolinin hər iki ölkə üçün nə qədər əhəmiyyətli olmasından danışaq. Liviya Türkiyə üçün bir neçə mərhələdə əhəmiyyətli ölkədir.
Birincisi Liviyanın Türkiyə üçün çox önəmli iqtisadi əhəmiyyəti var. Türk şirkətlərinin xüsusilə tikinti, inşaat sektoru Liviyada böyük yatırımaları olub, Liviya bazarı Türkiyəyə böyük gəlir gətirir. İkinci məsələ Türkiyənin Aralıq dənizində təhlükəsizlik məsələsidir, Liviya sahilləri Türkiyə üçün çox əhəmiyyətlidir. Liviya da Türkiyədə öz gücünü saxlamağa çalışır.
Üçüncü məsələ isə Liviya ilə Türkiyə arasındakı ideoloji əlaqələrdir. Bu, İslam, xüsusilə sünni islam üzərindən gələn əlaqələrdir. Liviya Amerika üçün də əhəmiyyətlidir. Çünki Liviya ərəb ölkəsidir. Burada Amerikanın xarici siyasətində birinci sırada gələn amillərdən biri İsrailin təhlükəsizlik məsələsidir. Belə ki, Liviyada hazırda iki vətəndaş müharibəsi gedir.
Bunun içində iki qüvvə var, bir hərbiçi hakimiyyəti, bir də beynəlxalq aləmin tanıdığı qüvvə. Bu iki qüvvənin arasında Türkiyə ikincilərin yanındadır. Bunu da olmağının əsas səbəbi odur ki, Türkiyə bu bölgədə sabitlik istəyir. Türkiyənin xarici siyasətinə baxsaq görərik ki, o heç vaxt çevriliş hökümətlərlə yola getməyib”.
Ekspert bildirib ki, Türkiyənin Liviyada olmasının Amerika üçün əhəmiyyəti həm də Rusiyanı bu bölgədə zəiflətməkdir:
“Bunun üçün yeganə güc türklərdir. Rusiya Haftərə çox güclü silah dəstəyi verir. Regionda Rusiyanın qarşısında dura biləcək yeganə güc Türkiyədir. Amerika özü demokratların hakimiyyəti altındadır. Demokratlar isə xarici siyasətdə isə heç vaxt aktiv siyasi müdaxilələr etmək istəmirlər. Hər iki ölkənin xarici siyasətdə maraqları bu baxımdan da üst- üstə düşür”.
Əbülfət Baxşəli
Cebhe.info
Facebook-da paylaş
Digər xəbərlər
Xəbərlər
Bütün xəbərlər
Ən çox oxunanlar

  • © 2020 Müəllif hüquqları qorunur.
  • Anaxeber.info-ın məlumatlarından istifadə etdikdə istinad və müvafiq keçidin qoyulması mütləqdir.