Şuşa sazişində nələr var?-Qarşılıqlı hərbi yardım-DETALLAR-SON DƏQİQƏ

15-06-2021, 19:06   


Şuşa sazişində nələr var?-Qarşılıqlı hərbi yardım-DETALLAR-SON DƏQİQƏ

TRT Haber kanalı Şuşadan yayımladığı canlı yayımda Azərbaycan və Türkiyə Prezidentləri arasında imzalanmış sənədin strateji əhəmiyyət daşıyan mühüm detallarını açıqlayıb.
Şuşa bəyannaməsində qeyd edilir ki, Azərbaycan Respublikasının və Türkiyə Respublikasının ərazi bütövlüyü, dövlət suverenliyi və sərhədlərinin toxunulmazlığına üçüncü ölkə tərəfindən təhlükə yaranacağı təqdirdə, hər iki ölkə Birləşmiş. Millətlər Təşkilatının nizamnaməsinə uyğun olaraq, qarşılıqlı hərbi yardımın təmin edilməsi məqsədilə birgə addımlar atacaq.
Cebhe.info xəbər berir ki, digər maddəyə görə, bundan sonra Azərbaycan Respublikası Dövlət Təhlüksəsizlik Şurası və Türkiyə Respublikası Milli Təhlükəszilik Şurasının vaxtaşırı olaraq birgə iclasları keçiriləcək.
Bundan başqa, hər iki ölkə enerji təhlükəsizliyi sahəsində də əməkdaşlıq edəcək.
Şuşa bəyannaməsinə əsasən, Zəngəzur dəhlizinin davamı olaraq, Naxçıvandan Türkiyənin Qars şəhərinə dəmir yolu çəkiləcək.
Azərbaycan və Türkiyə kibertəhlükəsizlik sahəsində əməkdaşlığı artıracaq.
Müşfiq Abdulla
Cebhe.info
Facebook-da paylaş
Digər xəbərlər
Xəbərlər
Bütün xəbərlər
Ən çox oxunanlar

  • © 2020 Müəllif hüquqları qorunur.
  • Anaxeber.info-ın məlumatlarından istifadə etdikdə istinad və müvafiq keçidin qoyulması mütləqdir.