Şuşa Bəyannaməsinin çoxtərəfli mesajı... Şensoy

17-06-2021, 19:54   




İlham Əliyev və Rəcəb Tayyib Ərdoğan tərəfindən imzalanan Şuşa Bəyannaməsinin həm iki ölkənin münasibətləri, həm Qafqaz regionu, həm də bütün türk dünyası üçün çox vacib məsələ olduğunu düşünürəm. İki ölkə arasında münasibətlər artıq NATO-nun 5-ci maddəsində öz əksini tapan "kollektiv müdafiə" prinsipləri əsasında qurulmuş oldu.
Anaxeber.info xəbər verir ki, bunu Report-a açıqlamasında Dünya Türk Forumunun sədri Süleyman Şensoy bildirib.
Onun sözlərinə görə, Şuşa Bəyannaməsi ilə yeni bir model ortaya qoyuldu:
"Türkiyə prezidenti tərəfindən Milli Məclisdə dilə gətirilən Rusiya və Ermənistan da daxil olmaqla 6 ölkənin daxil olduğu regional əməkdaşlıq platformasının qurulması bu yeni modelin səciyyəvi xüsusiyyətləri barədə fikir formalaşdırır. Nəzərə almaq lazımdır ki, bu bəyannamə həm ikitərəfli, həm də çoxtərəfli mesajları olan bir sənəddir. Daha da önəmlisi Türk Şurasının fəaliyyət sferasını da genişləndirəcəyini düşünürəm. Digər tərəfdən, bəyannamənin mətni çox əhatəlidir və başqa dövlətlərin də rahatlıqla qoşula biləcəyi formadadır".
S.Şensoy deyib ki, Şuşa ikitərəfli, çoxtərəfli və universal ölçüdə yeniliklərə zəmin yaradan bəyannaməyə ev sahibliyi etdi:
"Şuşa Azərbaycan, Türkiyə və bütün türk dünyası üçün də əhəmiyyətlidir. Təbii ki, bu prosesin uğurlu şəkildə davam etməsi üçün Türkiyə və Azərbaycan rəhbərliklərinin çox diqqətli olması lazımdır. Xüsusilə "Zəngəzur dəhlizi" layihəsinin həyata keçirilməsi bəyannamənin ilk və ən önəmli imtahanıdır. Zəngəzur dəhlizi həmçinin iqtisadi baxımdan bölgə üçün vacib məsələdir".
Facebook-da paylaş
Digər xəbərlər
Xəbərlər
Bütün xəbərlər
Ən çox oxunanlar

  • © 2020 Müəllif hüquqları qorunur.
  • Anaxeber.info-ın məlumatlarından istifadə etdikdə istinad və müvafiq keçidin qoyulması mütləqdir.