“Hiss eləmirsiz ki, diktatorun qonağısız?..” LUKAŞENKO İLƏ ƏRƏB MİLYARDERİN DEMOKRATİYA SÖHBƏTİ

28-06-2021, 19:07   


Belarus prezidenti Aleksandr Lukaşenko Birləşmiş Ərəb Əmirliklərindən iri ərəb biznesmeni, milyarder Məhəmməd əl-Abbarla danışıqları zamanı ölkəsindəki siyasi situasiyanı da müzakirə edib. Və onunla demokratiya və diktatura barədə zarafatlaşıb.
Belə ki, ərəb investor Belarusdakı sosial-siyasi quruluş haqda xeyli xoş sözlər deyib, tərifləyib. “Əsl demokratiya elə budur”,-deyib.
“Amma hiss eləmirsiz ki, diktatorun qonağısız?”,-Lukaşenko ona zarafatla cavab verib. Məhəmməd əl-Abbar buna cavab olaraq azadlıq uğrunda cənubi amerikalı mübariz Nelson Mandeladan sitat gətirib. “Əgər mənim uşaqlarım təhlükəsiz yaşayırsa, yaxşı təhsil alırsa və öz gələcəyi barədə optimistdirsə, yaxşı səhiyyə, yaxşı infrastruktur  varsa əsl demokratiya bax budur”,-o qeyd edib.
Lukaşenko isə deyib ki, ölkəsində bu istiqamətdə çox iş görülüb, amma hələ görüləsi işlər var.

Məhəmməd əl-Abbar Birləşmiş Ərəb Əmirliklərinin ən iri və uğurlu biznesmenlərindən biridir. Əbu-Dabi və Dubay əmirliklərinin iqtisadiyyat və investisiya məsələləri üzrə müşavirləri arasında yer alır, şəxsi kapitalı 4.6 milyard dollardan çoxdur.
Belarus hakimiyyəti son vaxtlar Qərbin güclü iqtisadi sanksiyaları ilə üzləşib və faktiki olaraq təcrid edilib. Buna səbəb müxalif bloqerin həbsi üçün ölkə üzərindən uçan sərnişin təyyarəsini qırıcılarla məcburi endirmək olub.
Virtualaz.org
Facebook-da paylaş
Digər xəbərlər
Xəbərlər
Bütün xəbərlər
Ən çox oxunanlar

  • © 2020 Müəllif hüquqları qorunur.
  • Anaxeber.info-ın məlumatlarından istifadə etdikdə istinad və müvafiq keçidin qoyulması mütləqdir.