Rəsmi Yerevan: Azərbaycan-Ermənistan sərhədi boyu Rusiya qoşunları yerləşdiriləcək

29-06-2021, 10:06   


"Rusiyanın sərhəd qoşunları Ermənistanla Azərbaycan arasında sərhəddə duracaq, sonra demarkasiya və delimitasiya olacaq, bundan sonra Ermənistan və Azərbaycan Sərhəd Qoşunları sərhəddə duracaqlar".
Virtualaz.org bildirir ki, bunu Ermənistan Təhlükəsizlik Şurasının katibi Armen Qriqoryan ölkənin İctimai Televiziyasına verdiyi müsahibəsində deyib.

Təhlükəsizlik Şurasının rəhbəri qeyd edib ki, əgər Ermənistanın "öz gücü çatmasa, həmin yerlərdə Rusiya qoşunları dayanacaqlar. Qəti qərara alınıb ki, Rusiya sərhədçiləri sərhəddə duracaqlar".
Qeyd edək ki, bir müddət əvvəl "Azadlıq Radiosu"nun erməni redaksiyası Yerevanla Moskvanın Ermənistanda Rusiya hərbi bazasının genişləndirilməsi ilə bağlı danışıqlara başladıqlarını bildirmiş, bu məqsədlə Müdafiə Nazirliyinin, XİN-in, Ərazi idarəetmə və İnfrastruktur nazirliyinin, Silahlı Qüvvələrin Baş Qərargahının, Ermənistan-Rusiya Birləşmiş Qrupunun, həmçinin Kadastr komitəsinin yüksək vəzifəli nümayəndələrindən ibarət erməni nümayəndə heyətinin Rusiya paytaxtına yola düşdüyünü yazmışdı.
Radio həmçinin xatırlatmışdı ki, Ermənistan hökumətinin mayın 27-də keçirilən iclasında Syunik vilayətində (Zəngəzur) ümumi sahəsi 3,5 hektara yaxın olan torpaq sahəsinin pulsuz istifadə hüququ ilə Rusiyanın Federal Təhlükəsizlik Xidmətinin Ermənistanda yerləşən sərhəd İdarəsinə ayrılması barədə qərar qəbul edilib. O da vurğulanmışdı ki, həmin  7 torpaq sahəsi Ermənistan hökumətinin “9 noyabr 2020-ci il tarixli üçtərəfli bəyanatdan sonra Ermənistanın cənub-şərq sərhədlərini möhkəmləndirmək lazımdır” əsaslandırmasına əsasən Rusiya sərhədçilərinin istifadəsinə keçir.
Söhbət laçın və Kəlbəcər rayonları istiqamətindən keçən dövlət sərhədindən gedir, hansı ki, Azərbaycan Silahlı Qüvvələri sovet dövrü xəritələrinə əsasən artıq həmin sərhədlərdə möhkəmlənib.
Virtualaz.org
Facebook-da paylaş
Digər xəbərlər
Xəbərlər
Bütün xəbərlər
Ən çox oxunanlar

  • © 2020 Müəllif hüquqları qorunur.
  • Anaxeber.info-ın məlumatlarından istifadə etdikdə istinad və müvafiq keçidin qoyulması mütləqdir.