Hazırda Türkiyənin Antalya şəhərində səfərdə olan Rusiyanın xarici işlər naziri Sergey Lavrov həmkarı Mövlud Çavuşoğlu ilə birlikdə keçirdiyi mətbuat konfransında Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın Şuşa ziyarətinə münasibət bildirdi.Turkustan.info xəbər verir ki, S.Lavrov Ərdoğanın Şuşa səfərini təbii qarşıladıqlarını bildirdi: “Prezident Ərdoğanın Şuşa səfərinə Azərbaycan-Türkiyə arasında ikili münasibətlər çərçivəsində baxmaq lazımdır. Biz Rusiya olaraq bölgədə sülhün təsis edilməsi, ermənilərin və azərbaycanlıların yan-yana yaşaya bilməsi üçün, həmçinin bütün qonşular arasında etimad mühitinin yaranması üçün dəstəyimizi verəcəyik”.