Seysmoloq: “Xəzər dənizində partlayışa səbəb vulkan püskürməsidir” - RƏSMİ AÇIQLAMA

5-07-2021, 09:14   


“Partlayışın alovla çıxması onu göstərir ki, bu, palçıq vulkanının püskürməsidir”.
Bu sözləri virtualaz.org-a açıqlamasında AMEA nəzdində Respublika Seysmoloji Xidmət Mərkəzinin direktoru Qurban Yetirmişli deyib.

O bildirib ki, partlayışla bağlı Ekologiya və Təbii Sərvətlər Nazirliyinin əməkdaşları ilə birgə müşahidə aparılır: “Burada partlayışın müddəti və yalnız alovla çıxması palçıq vulkanının püskürməsinə işarə edir. Çünki nə Xəzərdəki platformalarda, nə dənizdəki quyularda, eləcə də Xəzərdəki gəmilərdə hər hansı bir qəza qeydə alınmayıb. Xəzərdə çoxlu sayda palçıq vulkanları var. Onlardan birinin püskürməsi səbəbindən partlayış olub”.
Facebook-da paylaş
Digər xəbərlər
Xəbərlər
Bütün xəbərlər
Ən çox oxunanlar

  • © 2020 Müəllif hüquqları qorunur.
  • Anaxeber.info-ın məlumatlarından istifadə etdikdə istinad və müvafiq keçidin qoyulması mütləqdir.