Estoniyanın Rusiyadakı konsulu saxlanıb

7-07-2021, 09:24   


Estoniya onun Rusiyanın Sankt Peterburq şəhərindəki konsulunun saxlanmasını “qurama” və “təxribat” adlandırıb.
Rusiyanın Federal Təhlükəsizlik Xidməti (FTX) iyulun 6-da konsulun bir nəfərdən məxfi sənədləri qəbul edərkən saxlandığını bildirib.
FTX iddia edib ki, konsul Mart Lattenin fəaliyyəti “diplomatik işçinin statusuna uyğun deyil və Rusiyaya qarşı açıq düşmənçilik səciyyəsi daşıyır”.
Lakin bununla belə diplomatın hansı sənədləri və kimdən aldığı barədə məlumat verilməyib.
Estoniya Xarici İşlər Nazirinin bəyanatında deyilir ki, konsulun saxlanması Rusiyanın Avropa İttifaqı ilə qarşıdurma istədiyini nümayiş etdirir.


Bu il iki diploamtik qarşıdurma olub
Son illərdə Rusiyanın Baltik ölkələri də daxil Qərblə münasibətləri son dərəcə gərgindir.
Bunun səbəblərindən biri də Rusiyanın qonşularına qarşı təcavüzü, seçki müdaxiləsi və dövlət tərəfindən sponsorlaşdırılan haker hücumları ilə bağlı iddialardır.
Kreml bu il Estoniya diplomatlarını ölkədən iki dəfə qovub. Bu addım Estoniyanın Rusiya diplomatlarını qovmasına cavab olaraq atılmışdı.
Ötən ay Avropa İttifaqı blokun Rusiya prezidenti Vladimir Putinlə sammit keçirməsi barədə Fransa və Almaniyanın təklifini müzakirə edərkən bu təklifə qarşı ilk növbədə Estoniya da daxil Baltik ölkələri çıxmışdılar.
Facebook-da paylaş
Digər xəbərlər
Xəbərlər
Bütün xəbərlər
Ən çox oxunanlar

  • © 2020 Müəllif hüquqları qorunur.
  • Anaxeber.info-ın məlumatlarından istifadə etdikdə istinad və müvafiq keçidin qoyulması mütləqdir.