Kremlin başı BÖYÜK DƏRDDƏ... - "Rusiyanın sonu başlayır"

7-07-2021, 12:25   


“Amerikanın Əfqanıstandan çıxması ilə Rusiyanın çətin günləri başlayacaq. Əfqanıstanı tərk etmə əməliyyatı Amerikanın planlaşdırdığı oyundur. Amerika Talibanla danışıqları başa vurduqdan sonra Əfqanıstandan çıxmağa başladı. Artıq Taliban Əfqanıstanın 90 faizini ələ keçirdiyini açıqlayıb və tezliklə bütün əraziləri ələ tutacaq”. Azmarka.az xəbər verir ki, bunu politoloq Azər Qasımov deyib.

“Bundan sonra Taliban İslam xilafəti quracaq, dünyada nə qədər terrorçu, quldur, başkəsən varsa hamısı ora yığılacaq. Amerikanın əfqan hakimiyyətinə verdiyi bütün silahlar da taliblərin əlinə keçib. Rusiyanın və KTMT-nin qara günləri başlayacaq. Ona başa salacaqlar ki, Ukrayna və digər əraziləri işğal etmək necə olur. Taliblərin Rusiyanın Ryazan şəhərinə kimi gəlmək planları var. Talibanın tələbə hərəkatı olduğunu və “Taliban” sözünün “tələbə” demək olduğunu qeyd etmək istəyirəm. Onlar 80-ci illərdə sovet işğalından Əfqanıstandan qaçıb Pakistana gedən puştun uşaqların Amerika və Səudiyyə Ərəbistanının varlı ailələrinin maliyyəsi ilə mədrəsələrdə Vəhabi təriqəti ruhunda böyüyüb, Pakistan İdarələrarası kəşfiyyat (İK) təşkilatının nəzarəti və idarəetməsində olan bir təşkilatdır. Sonralar bu təşkilat çox böyüyür və onun alt orqanlarının əməkdaşları Talibanla o qədər yaxın olur ki, artıq Pakistan hakimiyyəti də onlardan çəkinir. Artıq Taliban nəinki Pakistanda və Əfqanıstanda, eləcə də, onların yatmış hücrələri İran, Qırğızıstan, Tacikistan və s. ölkələrdə var” - deyə A.Qasımov "sherg.az"a açıqlamasında əlavə edib.

Politoloqun fikrincə, bundan sonra Kremlin işi çətin olacaq: “Türkiyənin Əfqanıstanda rolu sadəcə yumşaq güc şəklində, yəni yardım, quruculuq, lojistika, tədris, səhiyyə və bu kimi sahələri əhatə etməlidir. Eyni ilə indi olduğu kimi. Taliban Rusiya üçün sonun başlanğıcının hazırlanmasına zəmin yaradacaq. Rusiyanın bu gücə qarşı duracaq nə maliyyəsi, nə də imkanı var. Xüsusilə nəzərə almaq lazımdır ki, Amerika Talibanı dəstəkləyir”.
Facebook-da paylaş
Digər xəbərlər
Xəbərlər
Bütün xəbərlər
Ən çox oxunanlar

  • © 2020 Müəllif hüquqları qorunur.
  • Anaxeber.info-ın məlumatlarından istifadə etdikdə istinad və müvafiq keçidin qoyulması mütləqdir.