"hüququn aliliyi ancaq arxalılara və imkanlılara tətbiq olunur" - "Kiməsizsənsə hüquqa sığına bilməzsən"

11-07-2021, 09:22   




Vəkil Elçin Sadıqov
Dünən Ali Məhkəmə ən sadə dildə desək hüququn üzünə tüpürdü. Məhkəmə təcrübəsinin vahidliyini yaratmalı olan Ali Məhkəmə ölkədə formalaşmış, hətta Ali Məhkəmənin ümumiləşdirməsinə düşmüş vahid məhkəmə təcrübəsini açıq-aşkar pozdu (hakimlər Ələsgər Novruzov, İlkin Rəcəbli və Nazim Mövsümov). Bununla əmin oldum ki, “vahid məhkəmə təcrübəsi” ancaq arxalılara və imkanlılara tətbiq olunur. Kiməsizsənsə hüquqa sığına bilməzsən.
Belə ki, müdafiə etdiyim şəxs kredit götürmüşdü və sonradan krediti qaytara bilməmişdi. Bank tutmanı ipoteka qoyulmuş əmlaka yönəltmişdi. İttihamın da məzmunu bu idi ki, krediti götürüb sonradan qaytarmamaqla müdafiə etdiyim şəxs dələduzluq edib.
AR Ali Məhkəməsinin 08 oktyabr 2013-cü il tarixli, İş № 1(102)-1149/13 saylı qərarı ilə müəyyən olunmuşdur ki, mülkiyyətçinin razılığı ilə daşınmaz əmlakın ipotekaya qoyulmasından sonra bunun əsasında bankdan özü üçün kredit götürmüş şəxsin əmlak vəziyyəti səbəbindən kreditin bir hissəsini qaytarmaması həmin əmlakın sahibinə qarşı dələduzluq kimi qiymətləndirilə bilməz.
http://supremecourt.gov.az/uploads/files/bulletenler/bulleten_2013_4.pdf)
Haqqında danışdığım iş üzrə də Ali Məhkəmə 28 avqust 2019-cu ildə (hakim Hafiz Nəsibov) qərar vermişdi ki, hazırkı işdə dələduzluq ola bilməz. Ona görə ki, müdafiə etdiyim şəxs faktiki olaraq nə əmlak nə də ki əmlaka olan hüququ əldə etməyib. Onun əməlində dələduzluq cinayətinin tərkib hissəsi yoxdur. Bakı Apelyasiya Məhkəməsi Ali Məhkəmənin göztərişlərini icra etməmişdi. Məcbur olub təkrar kasassasiya şikayəti vermişdik. Dünən Ali Məhkəmə nəinki vahid məhkəmə təcrübəsinin, hətta eyni iş üzrə əvvəl qəbul etdiyi qərarın əleyhinə qərar verdi və dələduzluqla bağlı ittihamı qüvvədə saxladı.
Bizim Ali Məhkəmənin vahid məhkəmə təcrübəsi formalaşdırması barədə də əvvəldən ümidim yox idi. Dünən bir daha əmin oldum ki, ölkədə vahid məhkəmə təcrübəsindən və hüququn aliliyindən söhbət gedə bilməz. Adamın yoxdursa hətta öz əvvəlki qərarlarının əksinə qərar verirlər.
Belə qərar verənlər hələ bizi cərimə etmək səlahiyyəti də əldə etdilər.
Facebook-da paylaş
Digər xəbərlər
Xəbərlər
Bütün xəbərlər
Ən çox oxunanlar

  • © 2020 Müəllif hüquqları qorunur.
  • Anaxeber.info-ın məlumatlarından istifadə etdikdə istinad və müvafiq keçidin qoyulması mütləqdir.