Özü gəlməyə cəsarət eləmir, köməkçisini göndərir... İSAXANYANIN XANKƏNDİNDƏ NƏ İŞİ VAR?

12-07-2021, 14:40   



Ermənistanın baş nazirinin səlahiyyətlərini icra edən Nikol Paşinyan öz köməkçisini Azərbaycan ərazilərinin Rusiya sülhməramlılarının nəzarətində olan hissəsinə-Dağlıq Qarabağa göndərir. Virtualaz.org erməni KİV-lərinə istinadən xəbər verir ki, Ermənistan hökumətinin saytında yerləşdirilmiş rəsmi qərarda baş nazirin köməkçisi Qaqik İsaxanyanın “dörd günlük işgüzar səfərlə” Dağlıq Qarabağa ezam edildiyi göstərilir.
Bildirilir ki, İsaxanyan iyulun 12-dən 15-nə qədər Xankəndində “işçi görüşlər keçirəcək” və nəticələri barədə hesabat hazırlayıb baş nazirə təqdim edəcək.

Qeyd edək ki, Nikol Paşinyanın ayağı Azərbaycan torpaqlarına sonuncu dəfə ötən ilin oktyabrında, Qarabağda şiddətli müharibənin  getdiyi günlərdə dəyib. Ermənistanın kapitulyasiyasından sonra isə Yerevandan bəzi hökumət rəsmiləri, o cümlədən xarici işlər naziri Qarabağa səfər etsələr də Azərbaycan tərəfi belə qanunsuz səfərlərə son qoyulmasını tələb etdi. Və xəbərdarlıq edildi ki, Ermənistan rəsmiləri Azərbaycan ərazilərinə qanunsuz səfərlərə son qoymasalar Bakı sərt addımlar atacaq.
İndi Paşinyan əlbəttə ki, Azərbaycan ərazilərinə ayaq basmağa cəsarət etmir. Amma hər halda öz köməkçisini “ezam etməyə” qərar verib və bu fakt onu göstərir ki, “Dağlıq Qarabağ” və ya “artsax” adlı hansısa ərazi vahidinin artıq mövcud olmadığı faktı ilə Yerevanda hələ barışmaq istəmirlər.
Virtualaz.org
Facebook-da paylaş
Digər xəbərlər
Xəbərlər
Bütün xəbərlər
Ən çox oxunanlar

  • © 2020 Müəllif hüquqları qorunur.
  • Anaxeber.info-ın məlumatlarından istifadə etdikdə istinad və müvafiq keçidin qoyulması mütləqdir.