Safrastyandan şok iddia: Türkiyə-Azərbaycan dövləti yaranır - Video

12-07-2021, 20:25   





Şuşa Bəyannaməsi Türkiyə-Azərbaycan ümumi dövlətinin yaranmasının başlanğıcı deməkdir.
Axar.az xəbər verir ki, belə bir iddia ilə akademik Ruben Safrastyan “Sputnik”in erməni bürosuna açıqlamasında çıxış edib.
Onun sözlərinə görə, Şuşa Bəyannaməsinin mətnini oxuyarkən, bunun Azərbaycan-Türkiyə ittifaq dövlətinin əsasını qoyan sənəd olduğunu təxmin etmək olar.
“Bu, məsələn, Rusiya və Belarus arasındakı ittifaq dövləti kimi ola bilər. Bununla bərabər, bu sənəd özündə daha başqa mənalar da kəsb edir”, - Safrastyan deyib.
Safrasyan bu sənədin eyni zamanda “pantürkist” ideyasını əks etdirdiyini ehtimal etdiyini də bildirib:
“Türkiyə göstərir ki, Azərbaycan kimi, gələcəkdə digər türk ölkələrinin də inteqrasiyası mümkündür. Ankara bu istiqamətdə aktiv şəkildə işləyir, öz potensialını müxtəlif istiqamətlərdə, o cümlədən hərbi sahədə istifadə edir. Türkiyənin “Bayraqdar” PUA-sı İkinci Qarabağ savaşından sonra böyük populyarlıq qazanıb, Ankara öz silahını türk dünyasında geniş reklam edir və hərbi sahədə əməkdaşlığa təşviq edir”.
Safrasyan iddia edib ki, Turan Ordusu da hədəflərdən biridir. O vurğulayıb ki, bu ideya hələlik uzaqda görünsə də, aktiv danışıqları və imzalanan razılaşmaları nəzərə alsaq, türk ölkələri arasında hərbi əməkdaşlığın daha konkret baş tutacağını təxmin etmək olar.
Akademik yaxın gələcəkdə türk ölkələrinin hərbi-siyasi blok yaradacağını da istisna etməyib.


Facebook-da paylaş
Digər xəbərlər
Xəbərlər
Bütün xəbərlər
Ən çox oxunanlar

  • © 2020 Müəllif hüquqları qorunur.
  • Anaxeber.info-ın məlumatlarından istifadə etdikdə istinad və müvafiq keçidin qoyulması mütləqdir.