Moldovada keçirilən seçkidə avropayönlü partiya qalib gəldi
13-07-2021, 08:21
Mərkəzi Seçki Komissiyasının (MSK) məlumatına görə, hakim “Hərəkət və Həmrəylik Partiyası” 52,5 faiz səs toplayıb. İyulun 11-də Moldovada keçirilən parlament seçkisində prezident Maia Sandu-nun hakim partiyası qalib gəlib. Parlamentə seçkidə mübarizə aparan 20 partiyadan cəmi 3-ü düşə bilib. Keçmiş prezidentlər Vladimir Voronin və İqor Dodon-un kommunist və sosialistlərdən ibarəd bloku isə 27 faizdən bir qədər artıq səs toplaya bilib. Biznesmen İlan Şorom-un milli-mühavizəkar “Şor” partiyası isə 6 faizə yaxın səs toplayıb. Qalan partiyalar isə parlamentə düşmək üçüm lazım olan 5 faizli həddi keçə bilməyiblər. MSK-nın məlumatına görə, erkən parlament seçkiləri zamanı elə bir qanun pozuntusu aşkar edilməyib. Seçici fəallığı 48 faiz olub. İlkin məlumata görə, beləliklə hakim “Hərəkət və Həmrəylik Partiyası” 101 yerlik parlamentdə 51-dən çox mandat qazanıb ki, bu təkbaşına hökumət yaratmağa bəs edir. Qeyd edək ki, hakim “Hərəkət və Həmrəylik Partiyası” Avropa Birliyi ilə yaxın əlaqələrin tərəfdarıdır. Seçkidə ikinci yerdə gələn Voroninlə Dodon-un müxalif blokları isə rusiyapərəs mövqe yerdidir və erkən seçkilərə səbəb, rəqiblər arasında yaranmış siyasi böhran oldu. Qeyd edək ki, Moldova 2009-cu ildə yaradılmış Avropa Birliyi Şərq Tərəfdaşlığı proqramının üzvüdür. Bu proqrama Azərbaycan, Belarus, Ermənistan, Gürcüstan, Moldova və Ukrayna daxildir. Məqsəd bu ölkələrlə Avropa Birliyi arasında siyasi və iqtisadi bağları dərinləşdirilməkdir.