Azərbaycanda koronavirusa qarşı üçüncü doza vaksinin kimlərə və nə zaman vurulması ilə bağlı məsələyə aydınlıq gətirilib.Axar.az xəbər verir ki, bu barədə Milli Məclisin Səhiyyə komitəsinin sədr müavini Rəşad Mahmudov
Trend-ə açıqlamasında üçüncü doza vaksinin 6 aydan sonra vurulmalı olduğunu deyib.
“İki doza vaksin vurulmuş insanlarda 6 aylıq müddət bitdikdən sonra yenidən vaksinasiyaya ehtiyac var. Bu dəfə yenidən iki doza deyil, bir doza vaksinin vurulması bütün dünyada yetərli hesab edilir”, - deputat qeyd edib.
R.Mahmudovun fikrincə, Operativ Qərargah yanında müvafiq qurumlar yaxın gələcəkdə bütün bunlara aydınlıq gətirəcək.