Dünyanın üçüncü qütbü: Kremlin qəfil "Qoşulmamaq istəyi" - AÇIQLAMA

15-07-2021, 14:51   


Dünyanın üçüncü qütbü: Kremlin qəfil "Qoşulmamaq istəyi" - AÇIQLAMA

Rusiyaya Qoşulmama Hərəkatında (QH) müşahidəçi statusu verilib.
Bu barədə Xarici İşlər Nazirliyinin Qoşulmama Hərəkatının aralıq dövr Nazirlər Konfransı ilə bağlı yaydığı məlumatda bildirilib.
Qeyd olunub ki, qəbul edilmiş Siyasi Bəyannamə ilə Rusiya Federasiyasının müraciətinə uyğun olaraq bu ölkəyə Qoşulmama Hərəkatı yanında müşahidəçi statusu verilir.
1955-ci ildən yaradılan təşkilatda Rusiyanın məhz indi - Azərbaycanın sədrliyi dövründə müşahidəçi statusu qazanması maraq doğurur. Bir tərəfdən Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatı yaradan, digər tərəfdən isə QH-də müşahidəçilik etmək istəyən Rusiyanın məqsədi nədir?
Məsələ ilə bağlı Böyük Qurtuluş Partiyasının sədri, Milli Məclisin deputatı Fazil Mustafa Cebhe.info-ya açıqlamasında qeyd edib ki, Rusiyanın bu prosesə qoşulması gözlənilən idi.
O bildirib ki, müstəqil fəaliyyət göstərmək istəyən 120 dövlətin birləşdiyi platformada Rusiyanın müşahidəçi qismində iştirakı onun maraqlarına uyğundur:

“Rusiya da digər ölkələrə yaxınlaşmaq, onların problemlərinin həllində iştirak etmək istəyir. Biz də bir çox platformada müşahidəçi qismində iştirakı dövlət maraqlarımız üçün məqbul hesab edirik. Məhz Rusiyanın Qoşulmama Hərəkatında müşahidəçi kimi seçilməsində Azərbaycanın da təsiri ola bilər. Heç nə istisna deyil”.
Azərbaycanın maraqları məsələsinə gəlincə, deputat söyləyib ki, hər hansı bir ölkənin, o cümlədən də Rusiyanın QH ilə bağlı prosesə qoşulması onun maraqlarına zidd deyil. Məhz Azərbaycan bu platformadan istifadə edərək öz problemlərini gündəmə gətirmək niyyətini əsas götürüb:
“Rusiya müstəqil dövlətdir. Bu məsələdə biz onun hər hansı bir seçiminə qarışa bilmərik. Qarabağdakı missiyası da məsələyə bərabərhüquqlu yanaşmaqdır. Bərabərliyi pozan ciddi addımlar atılarsa, Azərbaycanın Rusiyaya qarşı sərt reaksiyası olacaq. Rusiya hələlik Qarabağda bərabərhüquqa zidd addımlar atmadığından Azərbaycanın şimal qonşusu ilə bu cəhətdən uzlaşma içində olması onun üçün müsbət haldır”.
Şəbnəm Adil
Cebhe.info
Facebook-da paylaş
Digər xəbərlər
Xəbərlər
Bütün xəbərlər
Ən çox oxunanlar

  • © 2020 Müəllif hüquqları qorunur.
  • Anaxeber.info-ın məlumatlarından istifadə etdikdə istinad və müvafiq keçidin qoyulması mütləqdir.