Rusiya prezidenti Vladimir Putin özünün 7000 sözdən ibarət olan iri həcmli “Ruslar və ukraynalıların tarixi birliyi haqqında” başlıqlı məqaləsində ukraynalı liderlərə xəbərdarlıq edərək yazıb ki, əgər onlar Qərbə daha da yaxınlaşarsa, onda “öz ölkələrini dağıdarlar”Putinin məqaləsində deyilir: ”Anti-Rusiya layihəsi ilə bağlı olan bütün hiylələr bizə aydındır.Və biz heç vaxt imkan vermərik ki, tarixi ərazilərimizi və orada yaşayan bizim üçün əziz olan insanları Rusiyaya qarşı istifadə etsinlər. Demək istəyirəm ki, orada kimlərsə belə bir cəhd edərsə, bununla öz ölkəsini dağıdarlar”
Rusiya dövlət KİV-ləri məqaləni böyük enerji ilə müzakirə edirlər. Putinin alovlu fikirlərinin belə geniş təblliğ edilməsi boşuna deyil. Çox güman ki, bu məqalə Rusiyanın Ukraynaya qarşı həyata keçirəcəyi hərbi müdaxilənin xəbərçisidir. Belə bir nəticəyə gəlmək üçün iki səbəb var.Birincisi, Ukrayna prezidenti Vladimir Zelenskinin ölkəsinin cənub-şərqindəki mübahisəli rayonda Rusiyaya sərfəli olan şərtlərlə sülhə razılıq verməməsi Putini çox məyus edir. Fransa və Almaniya Putinə güzəştə getmək tələbiylə Zelenskiyə təzyiq göstərsələr də, o, bundan imtina edib.
Rusiya silahlı qüvvələri, Baş Kəşfiyyat İdarəsi və Federal Təhlükəsizlik Xidmətinin əməkdaşları Ukrayna güclərinə və dinc sakinlərinə qarşı teror, sui-qəsd kampaniyasını işə salıblar. Rusiya hər gün snayper hücumları və artileriya zərbələri ilə Ukraynaya təzyiqni artırır. Bununla Putin Zelenskinin müqavimət ruhunu sındırmağa çalışır.
İkincisi, Rusiya lideri yüngül silahlarla silahlanmış əsgərlərini Ukraynanın şimal və şərq sərhədlərinin yaxınlığında saxlamaqla Kiyevə hərbi təzyiq göstərir.Beləkilə də biltskriq etmək üçün Putinin əlində bütün vasitələr var. Putin onu da bilir ki, Avropa Birliyi və ABŞ onun hansı imkanlara malik olmasından halidirlər. Onun Ukrayna sərhəddinə hərbi qüvvə yığmasının özü Rusiyanın təsir vasitəsindən xəbər verir.
Putinin məqaləsində rus millətçiliyi açıq şəkildə özünü büruzə verir. Putin bildirir ki “bizə qarşı mübarizədə kimlərinsə əlində dəyənək olan” ölkə (Ukrayna nəzərdə tutulur) diplomatik tərəfdaş sayla bilməz.
Saxta iqtibaslarla Ukrayna tarixindən nümunələr gətirən Putin bəyan edir ki, Rusiyanın qonşusu əslində onun fiziki və ideoloji davamıdır.Putin yazır: “Hələ lap öncələrdə ukraynalı sözü xarici hüdudların müdafiəsini təmin edən sərhəd xidmətçiləri mənasına gəlirdi”Putin əmindir ki, Ukraynanın əsl suverenliyi məhz Rusiya ilə əməkdaşlıq sayəsində mümükündür.Məqsəd tamamilə bəllidir. Putin Ukraynanın Moskva hakimiyyətindən asılı olmadan müstəqil dövlət kimi yaşamasına imkan vermək istəmir.
Putinin düşüncəsinə görə, belə bir reallığa imkan vermək nəinki Rusiyanın təhlükəsizliyinə xəyanət sayılır, həm də öz öz tarixi irsinin itirilməsi hesab edir: “Ukrayna həmişə Vətənin davamı olub və gələcəkdə də belə olacaq”.Qərb bu radikal siyasi xəttə diqqət yetirməlidir. Buradan çıxan nəticəyə görə Putinin münaqişənin şiddətlənməsinə göstərdiyi tolerantlıq artsa da, əksinə kompromisə getmək marağı azalır.Əgər Qərb doğurdan da Ukraynanın suverenliyinə önəm verirsə, onu ərzisini də Avropanın sərhədləri daxilində hesab edirsə, onda Putinin də bunu anlamasına nail olmalıdır. Əks təqdirdə Ukrayna və Qərb arasımda prinsipləri problemlərlə üzləşəcək. (“Washington Examiner”-ABŞ)
Tərcümə etdi: Vaqif Nəsibov“AzPolitika.info”