ABŞ hakimiyyəti Rusiya və Çinin kosmosdakı hərəkətlərini izləmək üçün xüsusi kəşfiyyat bazası qurmağı planlaşdırır.Cebhe.info xəbər verir ki, bu barədə
"Sky News" məlumat yayıb.
Məlumata görə, yeni müəssisə Böyük Britaniyada - Şotlandiya və ya İngiltərənin cənub hissəsində yaradılacaq.
Baza 36 min kilometrə qədər məsafədə obyekti tanıya biləcək futbol topu ölçüsündə bir cihazla təchiz ediləcək.
Bildirək ki, Vaşinqton dünyada üç radiolokasiya bazası qurmağı planlaşdırır.
Böyük Britaniyadan sonra bu radiolokasiyaların Avstraliya və ABŞ-ın Texas ştatında yerləşdirilməsi mümkün ola bilər.
İlk obyektin 2025-ci ilə qədər istismara verilməsi gözlənilir.
Amerikalı polkovnik-leytenant Cek Uoker adıçəkilən telekanala bildirib:
"Bu, coğrafi stasionar orbitdəki sistemlərimizi təhdid edə biləcək hədəflər üzərində davamlı nəzarəti təmin etmək istədiyimiz üçün bizə lazımdır". Öz növbəsində, Böyük Britaniyanın Kral Hava Qüvvələrinin Baş marşalı Mayk Viqston isə vurğulayıb ki, artıq Rusiya və Çin mülki təyinatlı peyklər üçün ciddi təhlükə yarada biləcək bəzi sistemlər işləyib hazırlayır:
"Xüsusən də kosmosdakı hədəflərə zərbə endirə bilən yerüstü lazer qurğularının olduğunu bilirik",-deyə Viqston təsdiqləyib.
Sevinc TapdıqqızıCebhe.info